Avstriya, Polşa və Makedoniya ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna qoşulub
Tarix: 05.10.2017 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Qrupa üzv ölkələrin sayı 20-yə çatıb
Andorrada ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun ilk iclası keçirilib. Bu barədə qrupun katibi Mirkamal Əlizadə məlumat verib. İclası açan qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O, bu il iyulun 8-də Minskdə keçirilən təsis yığıncağından sonra görülən işlərlə bağlı məlumat verib. Üzv ölkələr İpək Yoluna Dəstək Qrupunun Əsasnaməsinə əlavə və dəyişikliyin yalnız konsensus yolu ilə edilməsi haqqında razılığa gəliblər. Bundan başqa, Avstriya, Polşa və Makedoniyanın ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna üzvlüyü haqqında müraciətlərinə baxılıb və yekdilliklə həmin ölkələr qrupun üzvlüyünə qəbul edilib. İclasda Azərbaycanın və Çinin birgə təşkilatçılığı ilə Bakıda “Bir kəmər, bir yol” layihəsinə həsr olunan beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul edilib. Tədbirin tarixi, gündəliyi və iştirakçıları barədə məlumatın qısa müddət ərzində hazırlanıb üzv ölkələrə göndərilməsi qrupun katibliyinə tapşırılıb. Bundan başqa, Gürcüstan nümayəndə heyətinin üzvü Corc Tseritelinin İpək Yoluna Dəstək Qrupunun növbəti tədbirinin Gürcüstanda hökumət nümayəndələrinin iştirakı ilə keçirilməsi haqqında irəli sürdüyü təşəbbüs də dəstəklənib. İclasda çıxış edən Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə həyətinin rəhbəri Bahar Muradova “Bir kəmər, bir yol” layihəsi ilə bağlı Bakıda keçiriləcək konfransın əhəmiyyətini vurğulayıb və iştirakçıları Azərbaycan parlamenti adından tədbirin yüksək səviyyədə təşkil olunacağına əmin edib. İclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev təmsil etdiyi qurumun İpək Yoluna Dəstək Qrupu ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib və 2018-ci ildə İstanbulda birgə tədbirin keçirilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib. Sonda İpək Yoluna Dəstək Qrupunun loqosu, saytı, “Tvitter” hesabı və videoçarxı nümayiş etdirilib. Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu bu il iyul ayının 8-də Azay Quliyevin təşəbbüsü ilə Parlament Assambleyasının Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilib. Bu təşəbbüs 17 ölkə - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən dəstəklənib və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılıb. Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrin sayı 20-yə çatıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info