Şimali Koreyada hakimiyyət nümayəndələrindən başqa heç kimə benzin satılmır
Tarix: 05.10.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Sentyabr ayının sonlarından KXDR-də kommersiya yanacaqdoldurma məntəqələrində Koreya Əmək Partiyasının, hökumətin, silahlı qüvvələrin və xüsusi xidmət orqanlarının yüksək vəzifəli şəxsləri istisna olmaqla, bütün müştərilərə benzin satışı dayandırılıb. Yaponiyanın “Asahi” qəzetinin yaydığı məlumata görə, benzin satışında sərt məhdudiyyətlər BMT Təhlükəsizlik Şurasının neft və neft məhsulunun ölkəyə idxalına məhdudiyyətlər qoymasından sonra yanacaq ehtiyatını artırmaq məqsədi daşıyır. Məhdudiyyətlər Pxenyanın keçirdiyi nüvə sınaqlarına cavab olaraq qüvvəyə minən sanksiya ilə bağlı tətbiq olunub. Biq qədər əvvəl Yonhap agentliyi ilin əvvəlindən bəri Şimali Koreyada benzinin qiymətinin üç dəfə bahalaşdığı barədə məlumat yaymışdı. Cənubi Koreya hökuməti KXDR-in illik neft tələbatının 700-900 min ton civarında olduğunu hesablayıb. Bundan başqa, müharibə ehtimalına görə ölkədə 1 milyon ton yanacaq ehtiyatı var və bunun iki dəfə artırılması qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info