“İdrak” liseyinin müəllim və şagirdləri Cocuq Mərcanlıya səfər ediblər
Tarix: 05.10.2017 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


“İdrak” liseyinin müəllim heyəti və şagirdləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.
Liseyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbədən sonra Cocuq Mərcanlı kəndində məskunlaşan həmvətənlərimizə dəstək olmaq, şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin rəhbərliyi, müəllim-şagird heyəti ilə görüşmək və elmi-pedaqoji əməkdaşlığa başlamaqdı.
Səfər iştirakçıları əvvəlcə aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini anaraq “Lələtəpə” abidəsini ziyarət edib, daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüşüblər.
Görüş zamanı “İdrak” liseyinin direktoru Mönsüm Alışov çıxış edərək bildirib ki, aprel döyüşlərində Azərbaycan əsgərinin göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı, ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.
Qeyd olunub ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb və məhz dövlət başçısının xüsusi diqqəti nəticəsində qısa müddətdə kənddə böyük quruculuq işləri həyata keçirilib.
“İdrak” liseyinin pedaqoji heyətinin nümayəndələri səfər zamanı həmkarları ilə fikir mübadiləsi aparıb, liseyin şagirdləri öz yaşıdları ilə həmsöhbət olub, dərslərdə iştirak ediblər.
Mönsüm Alışov məktəbin rəhbərliyini və pedaqoji kollektivi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara bu şərəfli işdə böyük nailiyyətlər arzulayıb.
Daha sonra “İdrak” liseyi adından gətirilmiş çoxsaylı dərs vəsaitləri, bədii ədəbiyyat, kompüter və proyektorlar məktəbə hədiyyə edilib.
Elə həmin texniki avadanlıqlar vasitəsilə liseyin müəllimləri bir neçə elektron dərs nümunəsi nümayiş etdiriblər.
Mönsüm Alışov bu əməkdaşlığın davamlı olacağını, “İdrak” liseyinin Cocuq Mərcanlı məktəbinə daim metodiki kömək göstərəcəyini, vaxtaşırı görüşlər, təlimlər, müxtəlif birgə layihələr həyata keçiriləcəyini, bu tədris ocağının “İdrak” liseyinə məxsus mediadərslər bazasından faydalanacağını deyib.
Sonda Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Həziyev belə görüşün təşkil olunmasına görə qonaqlara minnətdarlığını bildirib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info