Bakıda MDB Antiterror Mərkəzi yanında Elmi-Konsultativ Şuranın iclası keçirilir
Tarix: 05.10.2017 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Bakıda MDB ölkələrinin hüquq-mühafizə, xüsusi xidmət və təhlükəsizlik orqanları bölmələrinin nümayəndələrinin VII regional ekspertlər görüşü və MDB Dövlətləri Antiterror Mərkəzi yanında Elmi-Konsultativ Şuranın genişləndirilmiş plenar iclası keçirilir. 
 
Görüşdə MDB ölkələrinin hüquq-mühafizə, xüsusi xidmət orqanları və təhlükəsizlik orqanlarının nümayəndələri, o cümlədən Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər, Ədliyyə nazirlikləri və digər qurumların nümayəndələri iştirak edir. 
 
İlk dəfə bu görüşə BMT Təhlükəsizlik Şurası yanında İŞİD, “Əl-Qaidə” və Taliban terror təşkilatları üzrə monitorinq qrupunun nümayəndələri dəvət olunub. 
 
Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İsmayıl Bağırov DTX rəisi Mədət Quliyevin tədbir iştirakçılarına salamlarını çatdırıb və tədbirin işinə uğurlar arzulayıb.
 
MDB-yə üzv ölkələrin Antiterror Mərkəzinin direktor müavini Marat Abdıyev 7-ci konsultasiyanın təşkilinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə təşəkkür edib. O bildirib ki, bu iclas hər il keçirilir və bu il əsas müzakirə olunacaq mövzu beynəlxalq ekstremist təşkilatlar tərəfindən MDB vətəndaşlarına qarşı həyata keçirilən distant əməkdaşlığa cəlbetməyə qarşı mübarizədir. 
 
Görüşdə distant əməkdaşlığa cəlbetmənin tətbiqi texnologiyaları, distant əməkdaşlığa cəlbetmə fəaliyyətinin regional xüsusiyyətləri kimi məsələlər müzakirə ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Niderlandda Miqrasiya və İnteqrasiya Departamentinin nümayəndəsi ilə görüş keçirilib
22.01.2019
Azərbaycanlı deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info