“Ən dadlı Naxçıvan şirniyyatı” müsabiqəsi keçirilib
Tarix: 05.10.2017 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq “Ən dadlı Naxçıvan şirniyyatı” müsabiqəsi keçirilib. Müsabiqəyə Naxçıvan mətbəxinə xas müxtəlif növ şirniyyatlar təqdim edilib, paxlava, şəkərbura, şəkərçörək, qovut, şirin kətə, nabat, ovma kökələr hazırlanıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Turizm İnformasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Gülbuta Babayeva muxtar respublikamızda xalq yaradıcılığının ən qədim sahələrindən olan mətbəx mədəniyyətinin öyrənilməsi və inkişaf etdirilməsi, təbliği, tanıdılması sahəsində əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 9 aprel tarixli Sərəncamı ilə yaradılan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi ölkəmizdə bu sahənin təbliği məqsədilə fəaliyyət göstərən ilk mərkəzlərdən biridir.
Vurğulanıb ki, qədim diyarın unudulmaqda olan milli mətbəx nümunələrini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan belə tədbirlər davamlı olaraq keçirilir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə 2012-ci ildə nəfis şəkildə Azərbaycan və ingilis dillərində nəşr olunan “Naxçıvan mətbəxi” kitabı diyarımızın mətbəx mədəniyyətinin qədim və zəngin tarixini öyrənmək və təbliğ etmək baxımından nadir mənbədir.
“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə çıxış edərək bildirib ki, münsiflər heyətinin qərarı ilə Kəngərli rayonunun qədim şirniyyat növü olan əyirdəyə görə Şövkət Əhmədova birinci, Ordubad paxlavasına görə Şərur rayonunun Ələkli kənd sakini Aynurə Salahova ikinci, cəvizli kökəyə görə Babək rayon sakini Həcər Musayeva üçüncü yerə layiq görülüblər. Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.
Tədbir Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının çıxışı ilə davam edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info