ƏƏSMN “Çağrı mərkəzləri” tərəfindən 105 854 müraciətin cavablandırılması təmin olunub
Tarix: 05.10.2017 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Cari ilin sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 və 190 -“Çağrı mərkəzləri”nə əvvəlki avqust ayı ilə müqayisədə 10,6% az olmaqla, 10 628  müraciət daxil olub.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar sosial təminat növləri, əmək qanunvericiliyi, sosial sığorta münasibətləri, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, nazirliyin elektron xidmətlərindən istifadə və s. məsələlərlə əlaqədar müraciət ediblər. Hər bir müraciət nazirliyin mütəxəssisləri tərəfindən operativ şəkildə cavablandırılıb. Müraciətlərin 95,2%-i sorğu xarakterli olub və həmin müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib. Digər müraciətlər isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılıb və  nəticəsinə uyğun tədbirlər görülüb.
 
142 - “Çağrı mərkəzi” vasitəsilə vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün etdikləri müraciətlərə baxılmasının cari vəziyyəti, həmçinin əlilliyin və sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsinin nəticəsi barədə də məlumat öyrənə bilirlər. Belə ki, bu “Çağrı mərkəzi”nə zəng etdikdən sonra 0 düyməsi və 2 düyməsi yığılır, şəxsiyyət vəsiqəsinin nömrəsi, sosial yardımın alınması üçün notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu 4 rəqəmi daxil edilir. Bundan sonra sosial yardımın alınması üçün edilmiş müraciətə baxılmasının cari vəziyyəti barədə məlumat əldə olunur. Əlilliyin və ya sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsinin nəticəsinə dair məlumat öyrənmək üçün isə 142 - “Çağrı mərkəzi”nə zəng edildikdən sonra 0 düyməsi və sonra 1 düyməsi yığılır, avtomatik rejimdə şəxsiyyət vəsiqəsinin nömrəsi və doğum tarixi daxil edilir. Eyni zamanda, 190 - “Çağrı mərkəzi” əmək pensiyası hüququ yaranan hər bir vətəndaşa bu hüququnu avtomatlaşdırılmış qaydada, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə reallaşdırmaq imkanı verir.
 
Ümumilikdə, cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri” tərəfindən 105 854 müraciətin cavablandırılması təmin olunub. 
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info