WBC prezidenti: “Səfər etdiyimiz ölkələrdə Azərbaycanı təbliğ edəcəyik”
Tarix: 05.10.2017 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının yekunu ilə bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə WBC prezidenti Maurusio Süleyman paytaxtımızda görülən işlərlə bağlı hesabat verib.
 
Konvensiyanın Bakıdakı iclasından danışan Süleyman bildirib ki, qurumun üzvü olan bir çox insanlar Azərbaycana gələrək, fikir mübadiləsi aparıblar: “Hakimlər və münsiflər üçün iclaslar keçirildi. Tibbi və Hüquq Komitələri bir sıra mövzuları müzakirə etdilər. Həmçinin, təhlükəsizliyik məsələlərini danışdıq və 2018-ci il üçün tədbirlər planı təsdiq olundu”.
 
O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərindən də danışıb: “Azərbaycan prezidenti bizi çox isti qarşıladı. Xarizmaya malik böyük bir insandı. Milli Olimpiya Komitəsinin prezidentidi. Bu səbəbdən də idmana yaxındı. Onun verdiyi dəstək idmançılar üçün stimuldu. Ondan aldığımız mesaj çox xoş idi. Hər birimiz Azərbaycanı buranın səfirləri kimi tərk edəcəyik. Səfər etdiyimiz ölkələrdə Azərbaycanı tanıdacağıq və təbliğ edəcəyik”.
 
WBC prezidentinin sözlərinə görə, döyüşlərdən biri Bakıda keçiriləcək. O, bunun yaxın gələcəkdə baş verəcəyinə dair söz də verib: “Konvensiyanın Bakıda təşkil olunması və Azərbaycanın qurumu üzv olması bir başlanğıcdı. Yaxın gələcəkdə burada döyüşlərimiz də təşkil etməyi də düşünürük”.
 
Qeyd edək ki, Konvensiyaya federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırkı çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən artıq qonaq qatılmışdı.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info