Cəfər Cəfərov: “Məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır”
Tarix: 05.10.2017 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra isə universitetdə 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq universitetin kollektivini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və uğurlar arzulayıb. Qeyd edib ki, bu gün universitetin kollektivinin həyatında çox xoş və əlamətdar bir gündür. Birləşmiş Millətlər Təşkilatının (BMT) ali mədəniyyət qurumu olan UNESKO tərəfindən 1966-cı il oktyabrın 5-də verilən qərar əsasında hər il oktyabrın 5-də dünyada Beynəlxalq Müəllimlər Günü keçirilir. Beynəlxalq Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur.
Müəllim peşəsi cəmiyyətdə müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar cəmiyyəti inkişaf etdirir, ölkəni, dövləti gücləndirir. Bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Yeni, müstəqil Azərbaycanın qurucusu, həmişə öz idarəçilik və dövlətçilik fəaliyyətində müəllim adına, müəllim əməyinə yüksək qiymət verən ümummilli liderimiz Heydər Əliyev deyib: “Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Prezident İlham Əliyev müəllim peşəsinə yüksək qiymət verərək deyib: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər hər bir cəmiyyətin elitasıdır”.
Təhsil sahəsinin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyeva böyük xidmətlər göstərir. Mehriban xanım Əliyevanın həyatımızın digər sahələri ilə yanaşı, təhsil sahəsində həyata keçirdiyi səmərəli əməli fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Son illər Azərbaycanda müəllim peşəsinin ictimai nüfuzunun artırılması üçün böyük işlər görülür. Ölkəmizdə 140 mindən çox orta məktəb müəlliminin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib və onların əmək haqları artırılıb. Eyni zamanda təhsil sahəsinin inkişafında xüsusi xidmətləri ilə seçilən müəllimlərin əməyi rəğbətləndirilir, onlar dövlət tərəfindən təltif edilir, onlara fəxri adlar, mükafatlar verilir. Dövlət başçımızın oktyabrın 3-də Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 58 nəfərin “Tərəqqi” medalı ilə təltif edilməsi, 57 nəfərə “Əməkdar müəllim”, 1 nəfərə “Əməkdar mədəniyyət işçisi”, 1 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarının verilməsi, 1 nəfərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi, 1 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında imzaladığı sərəncamlar təhsil sahəsinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Təhsil Nazirliyi tərəfindən “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Bu təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbələrə şamil olunur. Onlara əlavə 100 manat təqaüd verilir.
Tədbirdə ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin təhsilə və müəllimə münasibətini əks etdirən slayd nümayiş olunub, həmçinin yüksək balla universitetə qəbul olunan tələbələrə ADPU-nun və AQAC-ın ADPU Bölməsinin hədiyyələri təqdim edilib.
Tədbir Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin müəllim və tələbələrinin hazırladıqları maraqlı və rəngarəng konsert proqramı ilə başa çatıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info