İsa Həbibbəyli: “M.Təhmasibin folklorşünas nəslin yetişməsində böyük xidmətləri olub“
Tarix: 05.10.2017 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Bu il folklorşünas alim Məmmədhüseyn Təhmasibin anadan olmasının 110 illiyi tamam olub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” mövzusunda elmi konfrans keçirilib.
Konfransda Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Məmmədhüseyn Təhmasibin Azərbaycan folklorşünaslığı sahəsində gördüyü işlərdən danışıb. Qeyd edilib ki, mərhum alimin Azərbaycan folklorunun toplanılması, sistemləşdirilməsi və araşdırılması istiqamətində mühüm xidmətləri olub. M.İmanov alimin "Azərbaycan xalq dastanları (orta əsrlər)" əsərini onun fəaliyyətinin şah əsəri adlandıraraq bildirib ki, M.Təhmasib bununla dastanların ilk dəfə elmi-nəzəri təsnifatını verib.
İnstitutun direktoru alimin ədəbi-bədii yaradıcılıqla da məşğul olduğunu, "Qaçaq Nəbi", "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" kimi filmlərə ssenarilər yazdığını, onun "Bahar", "Aslan yatağı" və digər pyeslərinin teatrlarda tamaşaya qoyulduğunu diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli M.Təhmasibin folklorşünaslar nəslinin yetişməsində çox böyük xidmətləri olduğunu bildirib. Qeyd edib ki, məhz onun gərgin əməyi nəticəsində ilk dəfə mövsüm və mərasim nəğmələri toplanılıb, tədqiq edilib, aşıq, dastan və digər xalq ədəbiyyatı nümunələri yazıya köçürülüb.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev M.Təhmasibi uşaq yaşlarından tanıdığını, onun sayəsində “Kitabi-Dədə Qorqud” dastanını, Məhəmməd Füzuli və başqalarının əsərlərini oxuduğunu bildirib. Mərhum alimin elmi əsərləri ilə folklorumuzu zənginləşdirdiyini deyən K.Abdullayev qeyd edib ki, M.Təhmasib ssenari müəllifi olduğu "Onu bağışlamaq olarmı?" filmi ilə yaddaşlarda əbədi iz salıb.
Konfransda AMEA-nın müxbir üzvü Kamran Əliyevin "Məhəmmədhüseyn Təhmasib məktəbi", professor Məhərrəm Qasımlının "Folklor karvanımızın ulu sarvanı", professor Tahirə Məmmədin "M.Təhmasib tədqiqatlarında adət, ənənə və mərasim probleminə konseptual baxış", filologiya elmləri doktoru Seyfəddin Rzasoyun "Azərbaycan folklorşünaslıq tarixində M.Təhmasibin yeri" mövzularında məruzələri dinlənilib.
Tədbir işini bölmə iclasları ilə davam etdirib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info