ADNSU-da Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib
Tarix: 05.10.2017 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı müəllim adını şərəflə daşıyan bütün müəllimləri təbrik edib. Müəllimlik peşəsinin nüfuzundan və əhəmiyyətindən söz açan ADNSU-nun rektoru, professor M.Babanlı Azərbaycanda müəllimə hər zaman yüksək qiymət verildiyini qeyd edib.
“Müəllim peşəsi bizdə hər zaman yüksək qiymətləndirilib. Bundan sonra da bu ada xələl gəlməsinə imkan verməməliyik. Cənab prezident İlham Əliyevin təhsilə göstərdiyi yüksək qayğıya cavab olaraq biz də yüksək ixtisaslı kadrlar hazırlamalıyıq”-deyə rektor, professor M.Babanlı bildirib.
ADNSU-nun professor və müəllim heyətini özəl gün münasibətilə təbrik edən millət vəkili Aydın Mirzəzadə Azərbaycan müəlliminin hər zaman nüfuzlu olduğunu və ADNSU-da hər zaman savadlı və bu cür nüfuzlu müəllimlər çalışdığını deyib. Azİİ-nin (indiki ADNSU) hər gəncin arzusu olan bir ali məktəb olduğunu qeyd edən millət vəkili A.Mirzəzadə bu gün də universitetin ən sevilən təhsil ocaqlarından olduğunu deyib.
ADNSU-nun professoru, millət vəkili Hüseynbala Mirələmov müəllimlər gününü müqəddəs gün adlandırıb və bütün həmkarlarını bu gün münasibətilə təbrik edib.
“Məktəblər sözün həqiqi mənasında məbəddir və müəllimlər də bu məbədin müqəddəs kahinləridir. Bu gün olduqca əlamətdar bir gündür”-deyə H.Mirələmov bildirib.
Daha sonra 2016/2017-ci tədris ilində əmək fəaliyyətlərini qüsursuz başa vuran 20 nəfər mükafat alan müəllimlərin adları açıqlanıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə fərdi təqaüd verilən ADNSU-nun professoru Kamal Abdullayev ona göstərilən diqqət və dəyərə görə hər kəsə xüsusi təşəkkürünü bildirib.
“Mən bu böyük mükafata görə rektorumuz və mənə dəstək göstərən bütün kollektiv üzvlərinə təşəkkür edirəm və fəxr edirəm ki, bu gün inkişaf etmiş bir ölkədə yaşayıram.”-deyə professor K.Abdullayev bildirib.
Tədbirin sonunda ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, desent Ata Babyev tədbir iştirakçılarının Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə müraciətini oxuyub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info