Gürcüstan Azərbaycandan yanacağın idxalını artırıb
Tarix: 05.10.2017 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Gürcüstan Azərbaycandan benzin və dizel yanacağı idxalını artırıb.
APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, qonşu ölkə sentyabr ayında Azərbaycandan 21 min ton benzin və dizel yanacağı idxal edib.
Bu, avqust ayının göstəricisindən 9,4 min ton çoxdur. Ötən ay Gürcüstanın neft məhsulları idxalının 19,2 faizi Azərbaycanın payına düşüb.
Sentyabr ayında Gürcüstanın ən çox benzin və dizel yanacağı idxal etdiyi ölkələrin siyahısında Rusiya (30,5 min ton) birinci yeri tutub. Qonşu ölkə həmçinin Rumıniya (23,3 min ton), Bolqarıstan (14,8 min ton), Türkmənistan (14 min ton) və Yunanıstandan (5,8 min ton) neft məhsullarını idxal edib. Bu ilin ilk 9 ayı ərzində Gürcüstanın idxal etdiyi benzin və dizel yanacağının ümumi həcmi 786,6 min ton təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 6,9 faiz azdır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib
22.02.2019
“KOB Dostu” artıq Abşeronda
22.02.2019
Bu il ilk dəfə Beyləqanda innovativ texnologiya ilə pambıq becəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info