Kerri və Lavrov Suriya məsələsində razılığa gəlib?
Tarix: 08.05.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Görüşdə Con Kerri Suriya böhranının həllində Rusiya ilə mövqelərinin üst-üstə düşdüyünü söyləyib:

“ABŞ Suriyada sabitliyin bərqərar olmasında, bütün bölgəyə təsir edəcək problemlərin baş verməməsi barədə Rusiya ilə ortaq mövqeyə malikdir. Bizim ölkələrimiz Cenevrə sazişini imzalamaqla bu ortaq mövqeni nümayiş etdiriblər. Ona görə də, hesab edirəm ki, bu problemi detallı şəkildə müzakirə edə biləcəyik”. Con Kerri Şimali İrlandiyada keçiriləcək “Böyük səkkizlər” sammiti çərçivəsində ABŞ prezidenti Barak Obamanın Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini söyləyib. Rus və Amerika mütəxəssislərinin Bostonda baş verən terror hadisəsinin üstünün açılması üçün birgə çalışdığını söyləyən dövlət katibi rəsmi Moskvaya təşəkkürünü bildirib. Sergey Lavrov Rusiya və ABŞ-ın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dair öhdəliklərini bir daha təsdiq etdiklərini söyləyib. Görüşdən sonar keçirilən brifinqdə dövlət katibi bildirib ki, Suriyanın böhranın siyasi həllindən imtina etməsi ölkənin çökməsinə və regionda xaosun yaranmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, Suriyadakı böhranın sülh yolu ilə həllinin alternativi humanitar böhranın artmasından, ölkənin bir neçə yerə parçalanmasından, etnik zəmində həyata keçirilən təmizləmələrdən ibarətdir: “Bütün bunlar regionda stabilliyi təhdid edir. İndiyə kimi hamı elə bilir ki, ABŞ və Rusiya bu sahədə əməkdaşlıq etmirlər. Lakin mən hesab edirəm ki, bu gün Cenevrə kommunikesinin həyata keçirilməsi haqqında əməkdaşlıq etməyə hazırlaşdığımız barədə danışmağımız çox vacibdir”. Sergey Lavrov Suriyanın Cenevrə kommunikesi əsasında danışıqların aparılmasına hazır olduğunu söyləyib: “İndiki mərhələdə ən vacib məsələ Suriya müxalifəti ilə hökumət üzvlərini bir masa arxasında oturdub danışıqlara başlamaqdır. Əslində Suriya hökuməti keçən ilin iyununda bu addımı atmağa hazır olduğunu bildirmişdi. Suriyalı həmkarım da bunu telefon danışığında yenə də təsdiqlədi. O, Suriya hökumətinin danışıqlara yenə hazır olduğunu söylədi. Əlbəttə ki, bütün verilən sözlər məndə əminlik yaradır ki, sözdə əməl olunana işdə də əməl olunacaq”. S. Lavrov bildirib ki, Rusiya və ABŞ Suriya müxalifəti və hakimiyyətini danışıqlar masasına əyləşdirmək üçün bütün imkanlardan istifadə etmək barədə razlığa gəliblər. Yeri gəlmişkən qeyd edək ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi Suriyaya səfəri çərçivəsində ölkə prezidenti Bəşər Əsədlə görüşüb. Bəşər Əsəd görüşdə bəyan edib ki, Suriya, lazım gəldikdə, İsrailin hücumunu dəf etməyə qadirdir.

ANAR




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info