Macarıstan “Türk axını” ilə təbii qaz əldə etmək niyyətindədir
Tarix: 06.10.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Macarıstan Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəməri (Turkish Stream) vasitəsilə qaz əldə etmək niyyətindədir. Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib. Nazir bildirib ki, ölkəsi 2019-cu ildən etibarən “Türk axını”nın Avropa xətti ilə Rusiya qazını almağı planlaşdırır. “Türk axını” boru kəməri ilə maraqlanırıq. Layihə üzrə birinci boru kəməri Türkiyənin qaz tələbatının ödəlilməsinə xidmət edəcək. İkinci boru xətti isə Mərkəzi Avropanın və Balkan ölkələrinə təbii qaz çatdıracaq”. Macarıstan Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti ilə “Türk axını” üzrə 2019-cu ilədək ölkədəki qaz infrastrukturunun inkişaf etdirilməsinə dair müqavilə imzalayıb. Qeyd edək ki, “Türk axını” layihəsi Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik ötürücülük gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir
18.03.2019
Senator Kirsten Cillibrand 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info