Çin şirkətləri dünyanın strateji limanlarını “işğal” edir
Tarix: 06.10.2017 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Pekin Almaniya, İspaniya, Danimarka, Belçika, Yunanıstan, Hollandiya, İtaliya, Braziliya, Şri-Lanka kimi ölkələrin strateji konteyner limanlarına milyardlarla dollar sərmayə yatırır

Çin şirkətlərinin liman sahəsi və ümumiyyətlə iqtisadiyyatın əsas seqmentlərində güclənməsi Avropa İttifaqını narahat etməyə başlayıb: Pekin sanksiya ilə hədələnir

Son vaxtlar Çin şirkətlərinin dünyanın müxtəlif ölkələrində yerləşən strateji limanları “işğal” etməsi müxtəlif müzakirələrə səbəb olub. Çin şirkətləri dövlətin dəstəyi ilə həmin limanlara böyük miqdarda sərmayə yatırmağa, orada lövbər salmağa başlayıb. “Journal of Commerce” yazır ki, son 5 ildə Çinin 3 iri liman holdinqi müxtəlif limanlarda iştiraklarını 4 dəfə, sərmayələri isə üç dəfə artırıblar. 5 il əvvəl üç iri holdinqin investisiya yatırdığı limanların sayı 10-a çatmırdı. İndi isə belə limanları sayı 40-ı keçib. Çinlilərin həmin limanlara 20 milyard dollar sərmayə yatırması nəzərdə tutulur. Avropa İttifaqını narahat edən məqamlardan biri də Çin şirkətlərinin Avropaya axınıdır. Bu ilin iyun ayında “Cosco” şirkəti İspaniyanın liman şirkəti olan “Noatum Port Holdings”in səhmlərinin 51 faizini 200 milyon avroya alıb. Bundan sonra Danimarkanın “Maersk” şirkətindən Belçikanın Zebrügge terminalının səhmləri alınıb. “Cosco” şirkətinin aktivində Yunanıstanın Pirey limanının səhmlərinin 51 faizi, Rotterdamdakı “Euromax” terminalının 35 faizi və İtaliyada bir neçə terminalın səhmləri var. Bu sahədə ötən yayın ən çox səs-küy yaradan hadisəsi isə Çinin CCCC şirkətinin Avropanın ən qədim limanlarından biri olan Hamburqda konteyner limanının inşası ilə bağlı tenderdə qalib gəlməsi olub. Çinin SIPG şirkəti 2015-ci ildə İsrailin Hayfa limanının yenidən qurulması tenderində qalib gələn zaman, şirkətin rəsmisi Fan Huadjin bildirmişdi ki, “bu, hələ başlanğıcdır”. Limana 2 milyard dolar sərmayə yatıran çinlilər Hayfaya dəniz İpək Yolunda Şanxayla digər limanlar arasında yükboşaltma məntəqəsi kimi yanaşırlar. Honkonqun CMPort şirkəti Latın Amerikası bazarına yönəlib. Şirkət Braziliyanın Paranaqua konteyner limanının səhmlərinin 90 faizini 920 milyon dollara alıb. Şirkət bundan sonra Şri-Lankaya yönəlib. Yerli hökumət Hambantota limanının səhmlərinin 85 faizini çinlilərə 1,12 milyard dollara satıb. Liman 99 illiyə çinlilərə verilib. Şri-Lanka hökuməti üzərinə öhdəlik götürüb ki, 15 il ərzində Hambantota limanının 100 km-lik radiusunda bu sahə ilə bağlı tikinti həyata keçirmək üçün heç bir tender keçirməyəcək. Şri-Lanka paytaxtında olan Kolombo limanındakı terminala da nəzarət edən CMPort şirkəti Hambantota limanını inkişaf etdirməklə iki liman arasında sinerji yaratmaq istəyir. Çin şirkətlərinin liman sahəsi və ümumiyyətlə iqtisadiyyatın əsas seqmentlərində güclənməsi Avropa İttifaqını narahat edir. Ötən ay Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Avropa Parlamentində çıxışı zamanı Çin şirkətlərinin Avropa şirkətlərindən liman səhmlərini, yüksək texnologiyanı almasını məhdudlaşdırmaqla bağlı çağırış etmişdi. Avropalılar həmkarlar ittifaqlarının əli ilə çinlilərə təzyiq etməyə çalışırlar. Amma ekspertlər bunun faydasız olduğunu düşünülər. Bu sahə üzrə ekspert olan Aleksey Bezborodov “Vzqlyad”a bildirib ki, çinlilərin səhmlərini aldığı limanlarda işçiləri qovması, maaşları azaltması kimi faktlara rast gəlinməyib. Ona görə də həmkarlar ittifaqını əli ilə onlara mane olmaq mümkün olmayacaq. Ekspert qeyd edib ki, Çin şirkətlərinin Avropa limanlarında payı 8 faizə çatıb. Amma bir müddət sonra bu, yavaşlayacaq. Çin rəhbərliyi şirkətləri ölkə daxilində investisiya yatırmağa çağırıb. Buna da ciddi əsas var. Ötən il ölkədən kapital axanı 816 milyard dollar təşkil edib. Avropanın “oyundan çıxması” ilə Pekin heç nə itirmir. Çünki onlardan başqa Avstraliya, İndoneziya, Şri-Lanka və Cənub-Şərqi Asiyanın bir çox ölkəsi var.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info