Moskva milyarderlərin sayına görə dünyada ikinci yeri tutur
Tarix: 08.05.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


“Lenta.ru” yazır ki, Moskvada gəliri milyard dollardan çox olan 64 nəfər yaşayır. Onların sayəsində Rusiya paytaxtı dünya şəhərləri sırasında milyarderlərin sayına görə ikinci yeri tutub. Bu barədə “WealthInsight” tərəfindən hazırlanmış reytinq göstəricilərində bildirilir.
Reytinq üzrə birinci yerdə isə Nyu-York dayanır. Orada 70 milyarder yaşayır. Reytinq cədvəlində qeyd olunur ki, ilk növbədə Manhetten haqqında söhbət gedir. Reytinqin ilk beşliyində London (54 milyarder), Honkonq (40 milyarder) və Pekin (29 milyarder) qərarlaşıb.
Moskvada yaşayan milyarderlərin adları açıqlanmır. “CEO” jurnalının məlumatına görə, Rusiyada 131 nəfər milyarder qeydə alınıb ki, onların da yarısı paytaxtda yaşayır.
Bununla belə, multimilyonçuların sayına görə, Moskva şəhərlərin 20-liyinə daxil ola bilməyib. Həmin reytinqdə isə ilk yeri 4224 multimilyonçu ilə London, ikinci yeri Tokio (3525), üçüncü yeri Sinqapur (3154), dördüncü yeri Nyu-York (2929), beşinci yeri isə Roma (945) tutub.
Ötən ilin dekabr ayında “WealthInsight” Rusiyada 160 min multimilyonçunun olduğunu göstərən məlumat dərc etmişdi. Müqayisə üçün bildirək ki, Çində 1,3 milyon, Hindistanda 250 min, Braziliyada 194 min varlı yaşayır. “BRİKS” (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) ölkələrindən Rusiya yalnız 45 min multimilyonçusu olan CAR-ı qabaqlayır.
“WealthInsight”dan bildirirdilər ki, 2016-cı ilə kimi “BRİKS” ölkələrində milyonçuların sayı 76%-dək artacaq və 3,3 milyona yaxınlaşacaq. Lakin ABŞ agentliyinin əksinə olaraq, varlıların sayının 300 min nəfərdən çox azaldığı deyilir.
NURANƏ




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info