MDB məkanında terror əleyhinə fəaliyyətin yeni konturları yaradılır
Tarix: 06.10.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Birlik ölkələrində girişi qadağa qoyulan internet resurslarının 90 faizindən çoxu MDB hüdudlarından kənarda idarə olunur
Yeniyetmələr və gənclər arasında yeni növ cəlbetmə və şifrələnmiş mobil əlavələr və mesencerlərlə idarə olunan sosial şəbəkələr vasitəsilə radikal qrupların yaradılması prosesi gedir
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dəstəyi və MDB iştirakçı dövlətlərin Terror Əleyhinə Mərkəzinin (MDB TƏM) təşkilatçılığı ilə Bakıda MDB üzv dövlətlərinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanları bölmələrinin VII Regional ekspert müşavirəsi və Terror Əleyhinə Mərkəzin Elmi-məşvərət şurasının (EMŞ) geniş plenar iclası keçirilib. Tədbirdə Birlik ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Sərhəd Xidmətinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının monitorinq xidmətinin nümayəndə heyətləri, MDB-nin nizamnamə orqanları və sahələrarası əməkdaşlıq strukturlarının (İcraiyyə Komitəsinin, Sərhəd Xidməti Rəisləri Şurasının Koordinasiya Xidmətinin, MDB üzv dövlətlərinin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlərlə mübarizənin koordinasiyası üzrə Büronun, Baş Prokurorların Koordinasiya Şurasının, Maliyyə Kəşfiyyatı Bölmələri Rəhbərləri Şurasının, Penitensiar Xidmət Rəhbərləri Şurasının), eyni zamanda, ictimai və elmi dairələrin nüfuzlu təmsilçiləri iştirak ediblər.
Terror təşkilatları distant cəlbetmə üsulundan geniş istifadə edirlər
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini general-mayor İsmayıl Bağırov iştirakçılara DTX rəisi general-leytenant Mədət Quliyevin salamlarını çatdıraraq iclasın işinə uğurlar arzulayıb. “Əminəm ki, bu görüş məhsuldar olacaq və MDB Terror Əleyhinə Mərkəzin qarşısında qoyulan tapşırıqların həyata keçirilməsində müsbət nəticələr verəcək”, - deyə o vurğulayıb. MDB Terror Əleyhinə Mərkəzi rəhbərinin müavini Marat Abdırayev Mərkəzin rəhbəri general-polkovnik Andrey Novikovun müraciətini iştirakçılara çatdırıb: “Birliyə üzv dövlətlərin təhlükəsizlik sahəsində əməkdaşlığı bu gün risklərin artması fonunda çox vacibdir. Belə şəraitdə xüsusi xidmət orqanlarından adekvat tədbirlərin görülməsi, real vəziyyətin təhlilinin aparılması, qarşılıqlı fəaliyyət tələb olunur. Əminliyimi bildirmək istəyirəm ki, bu görüş konstruktiv fikir mübadiləsi şəraitində keçəcək, əməkdaşlığın güclənməsi və Birlik məkanında terror əleyhinə fəaliyyətin yeni konturlarının yaranmasına şərait yaradacaq”, - deyə müraciətdə bildirilir.
Terror Əleyhinə Mərkəzin Elmi-məşvərət şurasının sədri Marianna Koçubey beynəlxalq terrorizmin fəaliyyətinin istiqamətləri, yayılması yolları haqqında araşdırmaların nəticələri haqqında məlumat verib. Bildirib ki, Suriya və İraq ərazisindəki terror qruplaşmalarının üzvlərinin digər ölkələrin ərazisinə keçməsi halları var. O, terror təşkilatlarının distant cəlbetmə üsulundan vətəndaşların münaqişə zonalarına aparılmasında geniş istifadə etdiklərini qeyd edib. Marianna Koçubey terror təşkilatlarının internet vasitəsilə insanlara təsirini azaltmaq üçün Birlik dövlətlərinin qarşılıqlı təmasda fəaliyyətinin vacibliyini önə çəkib və bu işdə mülki strukturlarla da əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Ekspert müşavirəsində və EMŞ-in iclasında iştirak etmək üçün ilk dəfə BMT Təhlükəsizlik Şurasının “İŞİD”, “Əl-Qaida” və Taliban üzrə Monitorinq qrupunun nümayəndələri dəvət olunublar.
2014-cü ildən 2017-ci ilədək internet şəbəkəsində ekstremist məzmunlu materialların sayı altı dəfədən çox artıb
Keçirilən məsləhətləşmələrin məqsədi MDB dövlətlərinin müvafiq orqanlarının əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi və MDB-də terrorizmə və ekstremizmə qarşı səmərəli texnologiyaların formalaşdırılması məsələlərini müzakirə etməkdir. Elmi-məşvərət şurasının və VII Regional ekspert müşavirəsinin birgə plenar iclasında MDB üzv dövlətlərinin vətəndaşları sırasından tərəfdaşların cəlb edilməsi məqsədilə beynəlxalq terror təşkilatlarının tətbiq etdiyi distant təsir texnologiyaları, beynəlxalq terror təşkilatlarının Birlik məkanında distant rejimdə cəlbetmə fəaliyyətinin regional xüsusiyyətləri, cəlbetmə baxımından daha zəif vətəndaş kateqoriyasının sosial-psixoloji səciyyəsi, beynəlxalq terror təşkilatlarının distant təsirinə qarşı əks tədbirlərin təşkili zamanı MDB üzv dövlətlərinin müvafiq orqanlarının əməkdaşlığının əsas istiqamətləri, forma və metodları, vətəndaşların beynəlxalq terror təşkilatlarının fəaliyyətinə cəlb edilməsinə qarşı Birlik ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının əks-təbliğat işi müzakirə olunub. Ekspertlərin rəyinə görə, MDB ölkələri üçün terror təhlükəsi əvvəlki kimi yüksək olaraq qalır. Bunlardan ən narahatedici məqam beynəlxalq terror təşkilatlarının emissarları tərəfindən Birlik ölkələri vətəndaşlarının aktiv cəlbetmə fəaliyyətidir. Bu gün internet məkanından MDB dövlətləri vətəndaşlarının həm terrorçuluqda iştirakına çağırış, həm də etiraz fəaliyyətinə cəlb edilməsi üçün istifadə olunur və onların radikallaşması və müxtəlif xarakterli tapşırıqların yerinə yetirilməsi işində istifadə edilir. Belə ki, hazırkı araşdırmalara görə, 2014-cü ildən 2017-ci ilədək internet şəbəkəsində ekstremist məzmunlu materialların sayı altı dəfədən çox artıb. MDB-nin Terror Əlyehinə Mərkəzinin apardığı təhlillər göstərir ki, Birlik ölkələrində girişi qadağa qoyulan internet resurslarının 90 faizdən çoxu MDB hüdudlarından kənarda idarə olunur. Sosial şəbəkələr və müxtəlif mobil platformalar beynəlxalq terror təşkilatları tərəfindən münaqişələrin qızışdırılması və təhrikçilik üçün istifadə edilir. Bundan başqa, idarə edilən etirazçılar qrupu küçələrə çıxarılır, qeyri-qanuni hərəkətlərə, hüquq mühafizə orqanları ilə toqquşmalara təhrik edilir. Ekspertlər qeyd edirlər ki, yeniyetmələr və gənclər arasında yeni növ cəlbetmə və şifrələnmiş mobil əlavələr və mesencerlərlə idarə olunan sosial şəbəkələr vasitəsilə radikal qrupların yaradılması prosesi gedir. Mütəxəssislərin qiymətləndirməsinə görə, hazırda distant cəlbetmə fəaliyyəti texnologiyalarından istifadə fərdiləşdirilmiş terrorizmin inkişafına şərait yaradan əsas amildir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info