Abşeronda fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verilib
Tarix: 06.10.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Dövlətin güzəştli kreditləri hesabına startap layihələrinin maliyyələşdirilməsi təşviq olunur

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Abşeron rayonunun Xırdalan şəhərində keçirilib. Forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, tara istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Forum çərçivəsində həmçinin, sahibkarlara startap layihələrinin mahiyyəti və dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsinə dair təqdimat keçirilib və belə layihələrin güzəştli qaydada maliyyələşdiriləcəyi bildirilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev tədbir iştirakçılarına güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhəri və onun qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 1270 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 96,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 3900-dək yeni iş yerinin açılmasına imkan yaradır. İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,6 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, müasir istixana kompleksinin yaradılması, tara, tikinti materialları, yapışqan lent istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 160-dan çox yeni iş yerinin açılması mümkün olacaq. Tədbir çərçivəsində Abşeron rayonunda tikinti materiallarının istehsalı müəssisəsinə və müasir istixana kompleksinə baxış keçirilib. Ümumilikdə, Abşeron rayonu və Bakı qəsəbələrində 37 müasir istixana kompleksinin yaradılmasına 116,3 milyon manat güzəştli kredit verilib. Artıq 32 istixana istifadəyə verilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info