Qazaxda əmək yarmarkasına 392 boş iş yeri çıxarılıb
Tarix: 06.10.2017 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Qazax Rayon İcra Hakimiyyətinin və rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Əvvəlcə Qazax Rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov yarmarkanın əhalinin məşğulluğunun təmin olunmasında əhəmiyyətindən danışıb.
Rayon icra hakimiyyəti başçısının müavini Tahir Musayev çıxışında dövlət tərəfindən əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, yaradılan yeni iş yerlərindən söz açıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Aparatında yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunda baş məsləhətçi Xətai Mehralıyev bu cür əmək yarmarkalarının keçirilməsinin vacibliyini vurğulayıb və belə tədbirlərin işçi ilə işəgötürən arasında böyük rol oynadığını qeyd edib.
Əmək yarmarkasına rayon ərazisində fəaliyyət göstərən 28 idarə və müəssisədən 392 boş iş yeri çıxarılıb. Boş iş yerlərinin əməkhaqqısının minimum həddi 121 manat, maksimum həddi isə 500 manat olub. İşə düzəlmək üçün yarmarkaya 200 nəfər müraciət edib ki, onların da 27 nəfərinə işə göndəriş verilib, 17 nəfər isə peşə hazırlığı kursuna cəlb edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir
18.03.2019
Avtomobildən telefon oğurlayan şəxs saxlanılıb
18.03.2019
Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
18.03.2019
900 mindən çox pirotexniki vasitə aşkarlanıb
18.03.2019
Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info