ADNSU əməkdaşlığını genişləndirir
Tarix: 06.10.2017 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru Vladimir Olişenko ilə görüşüb. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib.
Universitetlər arasında əməkdaşlıq istiqamətlərinin və perspektivlərin müzakirə olunduğu görüşdə birgə kadr hazırlığı, tələbə mübadiləsi və digər mövzularda müzakirələr aparılıb.
ADNSU-nun rektoru, professor M.Babanlı universitetdə tədris üsulları, ixtisaslar, beynəlxalq əməkdaşlıq, əcnəbi tələbələr və Azərbaycan-Fransız Universiteti (UFAZ)haqqında geniş məlumat verib. Universitetdə əcnəbi tələbələr arasında Ukraynalı tələbələrin hər zaman çox olduğunu deyən rektor, professor M.Babanlı bundan sonra da tələbə mübadiləsi sahəsində geniş əməkdaşlıq etmək niyyətində olduğunu qeyd edib və birgə layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bir sıra Avropa ölkələri ilə əməkdaşlıq edildiyini deyən Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetin rektoru V.Olişenko Azərbaycanda da ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Hər bir tələbənin digər mədəniyyətləri və tədris üsullarını görüb öyrənməli olduğunu qeyd edən V.Olişenko bu baxımdan Ukraynalı tələbələrin ADNSU-da öyrənməli olduğu keyfiyyətlərdən danışıb.
Təmsil etdiyi universitet haqqında məlumat verən V.Olişenko ADNSU ilə hər cür əməkdaşlığa hazır olduqlarını bildirib.
Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info