Dövlət Proqramı Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq
Tarix: 06.10.2017 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Məqsəd, həmçinin gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir”.
Bu fikirlər dövlətimizin başçısı İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı Prezident Administrasiyasının rəsmilərinin, gənclər təşkilatlarının, müvafiq dövlət qurumlarının
nümayəndələrinin iştirakı ilə oktyabrın 6-da aparılan müzakirələr zamanı səslənib.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilən Dövlət Proqramının əhəmiyyətini yüksək qiymətləndirib, sənəddə əks olunan müddəalarla bağlı məlumat verib. Sənədin əməli və rəmzi dəyərinin çox yüksək olduğunu vurğulayan nazir bildirib ki, Dövlət Proqramının qəbul edilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, gənclərin mənəvi və fiziki sağlamlığı, məşğulluğu, ictimai işlərdə fəallığı, vətənpərvərlik ruhunda tərbiyəsi, yaradıcılıqlarının dəstəklənməsi, intellektual inkişafı, beynəlxalq səviyyədə əməkdaşlığı və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri bir çox uğurlara imza atır, cəmiyyətdə fəal rol oynayırlar.
Nazir müavini proqramın reallaşdırılmasına gənclər təşkilatlarının fəal qoşulduqlarını bildirib. Qeyd edib ki, proqram əvvəlki dövlət proqramında əldə olunan nailiyyətlər üzərində qurulub. Yeni Dövlət Proqramı neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində növbəti addımdır və Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq.
Proqram gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və digər vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.
Bu Sərəncam dövlətin gənclərimizə olan inamını ifadə etməklə, onların məsuliyyətini də artırır. Eyni zamanda, qəbul edilmiş proqram müxtəlif dövlət qurumları, nazirlik və komitələr qarşısında konkret məqsədlər qoyur.
Sənəddə ölkə gənclərinin müasir texnologiyalara yiyələnməsi, beynəlxalq əlaqələrini gücləndirməsi təşviq olunur. Proqramda Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb.
Bildirilib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əhatə etdiyi dövrdə ölkə gəncliyinin və müxtəlif dövlət qurumlarının fəaliyyəti üçün istiqamətverici sənəd olacaq və gənclərimizin inkişafında mühüm rol oynayacaq.
Müzakirələrlə davam edən tədbirdə bir sıra təkliflər irəli sürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info