Bakıda V İnvestorlar Yarmarkası keçirilir
Tarix: 06.10.2017 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Oktyabrın 6-da Bakıda "Azərbaycanda mikromaliyyənin gələcəyi - çətinliklər və imkanlar" mövzusunda V İnvestorlar Yarmarkası işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva İnvestorlar Yarmarkasının məqsədinin mikromaliyyə təşkilatları, banklar, kredit ittifaqları və investorlar/donorlar və xidmət təminatçıları arasında əlaqələrin və bugünkü rəqabətli və çətin dövrdə bazarda yeni imkanların axtarılması, investorlar və üzv təşkilatlar arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarının yaradılmasına xidmət etmək olduğunu deyib. Bildirib ki, ölkədə fəaliyyət göstərən mikromaliyyə təşkilatları indiyədək 20 milyard manat məbləğində 5 milyondan çox kredit verib. Kreditlər əsasən kəndlərdə yaşayanlara, kənd təsərrüfatı sektoruna verilib.
"Kredit Zəmanət Fondu"nun yaradılmasından danışan J.Hacıyeva bildirib ki, mikromaliyyə sektorunu təmsil edən biznes assosiasiyası olaraq düşünürük ki, yaradılmaqda olan kreditlər üzrə zəmanət mexanizmi kənd yerlərinin kreditləşməsində və yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayan bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının müştərilərinə də şamil edilməsi maliyyə bazarında ədalətli rəqabət təşviqinə müsbət xidmət göstərə bilər.
AMFA-nın idarə heyətinin sədri Süleyman Kələşov qeyd edib ki, mikromaliyyə yoxsulluğun azaldılması üçün bir alətdir. Banklar da bu sahədə fəaliyyət göstərir. Lakin onların əsas müştəriləri korporativ müştərilərdir. Mikromaliyyədən istifadə edən müştərilər isə daha çoxdur. Regionlarda mikrobiznes fəaliyyəti ilə məşğul olunması üçün münbit şəraitin yaradılmasında bütün tərəfdaşlar maraqlı olmalıdırlar. Düşünürəm ki, həm dövlətin dəstəyi, həm də investorların səyləri və texniki dəstək layihələri kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində böyük rolu olan bank olmayan kredit təşkilatlarının davamlı dinamik inkişafına yardımçı ola bilər. Bu il avqustun 1-nə olan məlumata görə 118 min istifadəçimiz var.
Aktual problemlərin həllinə həsr olunan bu cür tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətindən danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə diqqətə çatdırıb ki, son 20 ildə Azərbaycanda iqtisadi islahatlar uğurlu olub. Ölkədə biznesin inkişafı üçün münbit şərait yaradılıb. Ölkədə keçirilən dövlət əhəmiyyətli tədbirlər xalqımızın maddi rifahının yaxşılaşmasına xidmət edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkədə mikromaliyyə portfelinin genişləndirilməsinə ehtiyac olduğunu deyib. "Mikromaliyyə portfelini genişləndirməsək mikromaliyyə xərclərini aşağı sala bilməyəcəyik. Mikromaliyyə resurslarına əlçatanlığı təmin etmək üçün tədbirlər həyata keçirilməlidir. Bu sahədə faizlər azaldılmalıdır. Əlçatan kredit faizləri təklif olunmalıdır ki, ev təsərrüfatları da bu kreditlərdən istifadədə maraqlı olsunlar", - deyə V.Qasımlı vurğulayıb.
"Hazırda ölkədə qeyri-neft sektorunun, kiçik biznesin inkişafı, fındıqçılıq, pambıqçılıq, tütünçülük kimi sahələrin inkişafına böyük diqqət ayrılır. Bu diqqət mikromaliyyə təşkilatları üçün fürsətdir və onların inkişafına səbəb ola bilər", - deyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib.
Tədbirdə "Mikromaliyyənin gələcəyi: mövcud vəziyyətdə mikromaliyyəni neçə stimullaşdırmaq olar?" və "İnkişaf etməkdə olan maliyyə texnologiyaları dövrü: təhlükə yoxsa fürsət?" mövzularında keçiriləcək panel iclaslarında mikromaliyyənin müvəqqəti çətinlikləri və onun ölkə iqtisadiyyatının şaxələndirilməsinə təsiri, maliyyə sektorunu tənzimləyən orqanların və investorların baxışı: maliyyə/mikromaliyyə sektorunun mövcud vəziyyətdən çıxışı, beynəlxalq fondların Azərbaycana olan inamının artırılması, kredit mədəniyyətinin yüksəldilməsi və s. məsələlər müzakirə olunur.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
19.06.2019
Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır
19.06.2019
Məhkumlara tibbi xidmətdə müsbət təcrübəmiz dünyada örnəkdir
19.06.2019
İyulda hərbi xidmətə göndərilən çağırışçılar xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar
19.06.2019
Yeni biznes portalı fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info