İnsan alveri və media
Tarix: 08.05.2013 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda insan alveri məsələsi müzakirə olunub. Moderator "Cole Production" şirkətinin rəhbəri Stiven Koul qeyd edib ki, Azərbaycan insan alverinə qarşı mübarizədə böyük uğurlar əldə edib. Koul bildirib ki, insan alveri narkotik və silah ticarətindən sonra ən çox gəlirin qazanıldığı sahədir və buna görə insan alveri ilə mübarizə ciddi iş tələb edir.
Çıxış edən "İnsan Alverinə Dərhal Son" Təşkilatının icraçı vitse-prezidenti Aleya Hammad isə bildirib ki, özəl sektorun dəstəyi ilə trafikinqə qarşı mübarizə aparılması istiqamətində böyük uğurlar əldə edilib, bir sıra tədbirlər həyata keçirilib. O, insan alverinə qarşı mübarizəni gündəlikdə duran əsas korporativ səbəb kimi qəbul etməyin vacibliyini vurğulayıb. İnsan alverinin genişlənməsində icbari əməyin mühüm rol oynadığını deyən Hammad dünyada 200 milyon uşağın əməyindən istifadə olunduğunu bildirib. "Moonbeam Films" şirkətinin direktoru və prodüseri Anna Reevel də çıxışında müxtəlif ölkələrdə insanların icbari əməyindən istifadə edildiyini deyib. O bildirib ki, bəzi hallarda valideynlər övladlarını kölə kimi satırlar: Məşhur aktrisa, "Oskar" mükafatçısı, UNODC-nin insan alverinə qarşı qlobal mübarizə üzrə sülhməramlı səfiri Mira Sorvino çıxışında insan alverinə qarşı mübarizə işinə kitablar, sənədli filmlər vasitəsilə töhfə verilməsi məsələsindən danışıb. Sorvino qeyd edib ki, insan alverinə qarşı mübarizədə sosial medianın imkanlarından istifadə edilməsi vacibdir. Müzakirələrdə həmçinin bildirilib ki, köləliyin müasir forması kimi təsvir edilən insan alveri cinayətdir və beynəlxalq insan haqlarının pozulmasıdır və bir ildə 36 milyard dollar gəlir gətirir. Çıxışçılar insan alverinə qarşı daha təsirli mexanizmlər yaradılmasının vacibliyini qeyd ediblər.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info