Şamaxı rayonu yeni inkişaf dövrünü yaşayır
Tarix: 06.10.2017 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Şamaxıda Prezident İlham Əliyevin rayona səfərinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan ümumrayon müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev oktyabrın 2-də Prezident İlham Əliyevin bölgəyə tarixi səfəri, səfər zamanı açılışı olan obyektlər, həmin obyektlərin təyinatı, rayon üçün əhəmiyyəti barədə geniş məlumat verib, Şamaxının sosial-iqtisadi həyatında görülən işlərdən danışıb. Ölkə başçısının diqqət və qayğısı sayəsində rayonun sosial-iqtisadi inkişafı üçün ciddi addımlar atıldığını bildirən icra hakimiyyətinin başçısı yeni kənd təsərrüfatı, turizm və sənaye istehsalı obyektlərinin, emal müəssisələri və aqroparkların yaradıldığını diqqətə çatdırıb. Respublika ərazisində salınan 37 aqroparkdan üçünün Şamaxıda olduğu, dövlət tərəfindən özəl sektora böyük dəstək verildiyi, 20 min hektara yaxın ərazidə aqrar sektorun ayrı-ayrı sahələrinin inkişafı üçün əlverişli imkanların yaradıldığı vurğulanıb, bitkiçilik və heyvandarlıq sahələrində daha yaxşı nəticələr əldə ediləcəyinə əminlik ifadə olunub. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən Dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonda üzümçülüyün yeni inkişaf dövrünü yaşadığı, əvvəlki şöhrətinin bərpa olunması istiqamətində mühüm işlərin görüldüyü, bununla da rayon iqtisadiyyatının daha da canlanacağı, yeni iş yerlərinin açılacağı diqqətə çatdırılıb.
Müşavirədə zəngin tarixi keçmişə və füsunkar təbiətə malik Şamaxının turizm potensialının ilbəil yüksəldiyi diqqətə çatdırılıb. Bildirilib ki, rayon mərkəzində, eləcə də kəndlərdə abadlıq-quruculuq işlərinin aparılması, Dəmirçi kəndində istər Safari Parkın yaradılması, istərsə də kəndin daxilində tarixi əhəmiyyətli tikililərin, turizm infrastrukturunun yenidən qurulması, eyni zamanda, Pirqulu-Dəmirçi, Dəmirçi-Lahıc avtomobil yollarının tikintisi turizmin inkişafına güclü təsir göstərəcək.
Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Turizm İnformasiya Mərkəzinin direktoru Taleh Məmmədov, o cümlədən rayon ziyalıları və sahibkarlar ölkə rəhbərliyi tərəfindən Şamaxıya göstərilən diqqət və qayğıdan danışıb, rayonun yeni inkişaf dövrünü yaşadığını vurğulayıblar.
Cümə məscidinin imamı Mərəhməd Mustafayev çıxışında qədim diyar olan Şamaxının ilk İslam şəhərlərindən biri olduğunu qeyd edib, Prezident İlham Əliyevin dini və tarixi abidələrimizə göstərdiyi diqqət və qayğısından danışıb. O, istər 743-cü ildə inşa olunan Şamaxı Cümə məscidinin, istərsə də 755-ci ildə tikilən Dəmirçi məscidinin bərpa və yenidən qurulmasının dövlətimizin başçısının dinimizə, mədəniyyətimizə verdiyi böyük qiymətin bariz nümunəsi olduğunu söyləyib, bütün bunlara görə Prezidentə minnətdarlığını bildirib.
Çıxışlarda Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisi ilə Aran və Dağlıq Şirvan iqtisadi rayonları arasında gediş-gəlişin asanlaşacağı vurğulanıb, bunun da iqtisadiyyata müsbət təsir göstərəcəyi bildirilib. Qeyd edilib ki, bu yolun tikintisi zamanı Adnalı və Çarhan kəndlərinə gedən yolların, ümumilikdə 7,2 kilometr məsafənin yenidən qurulmasının, eyni zamanda, 14 min nəfər əhalinin yaşadığı 4 kəndi birləşdirən, 11 kilometr Göylər-Quşçu avtomobil yolunun inşasının yük və sərnişin daşınmasında xüsusi əhəmiyyəti olacaq.
Sonda bildirilib ki, Prezident İlham Əliyevin Şamaxı rayonuna tarixi səfəri, bölgəyə göstərdiyi diqqət və qayğı hər bir şamaxılını qürurlandırmaqla bərabər, üzərlərinə çox böyük vəzifələr qoyub və hər kəs var gücü ilə bu vəzifələrin uğurlu icrasına çalışacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info