Tokioda Azərbaycan mədəniyyəti axşamı keçirilib
Tarix: 06.10.2017 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Tokio şəhərində Azərbaycan mədəniyyəti axşamı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Tokioda yaşayan azərbaycanlı Sura Mirzəyeva ölkəmiz, onun coğrafi mövqeyi, dövlət atributları, zəngin mədəniyyəti və mətbəxi haqqında məlumat verib. Qeyd edib ki, öz keyfiyyəti ilə seçilən və bütün dünyada “Made in Azerbaijan” brendi ilə tanınan bir çox ərzaq məhsulları və içkilər artıq Yaponiya bazarında da özünə yer tutur.
Sonra tədbir iştirakçıları ilə birlikdə Azərbaycan mətbəxinin dadlı nümunələrindən olan küftə-bozbaş və kök salatı hazırlanıb. Qədim və zəngin Azərbaycan mətbəxinin bu nümunələrinin hazırlanması qaydası və lazım olan inqrediyentlər barədə yapon xanımlara ətraflı məlumat verilib.
Daha sonra yapon xanımların iştirakı ilə hazırlanan küftə-bozbaş və kök salatı qonaqlara təqdim edilib. Yeməyin tamına baxanlar onun çox dadlı olduğunu və ilk dəfə belə bir yeməklə qarşılaşdıqlarını söyləyiblər.
Yapon musiqiçisi Kiyoşi Ohira həmin axşam restoranın qonaqları üçün Azərbaycan milli musiqi alətləri olan tarda və sazda xalq və bəstəkar mahnılarını ifa edib. Çıxış etməzdən əvvəl o, Azərbaycan musiqisi, milli alətlərimiz, o cümlədən tar və saz haqqında iştirakçılara məlumat verib. K.Ohiranın tarda səsləndirdiyi “Bayatı-Şiraz”, “Sarı gəlin”, sazda ifa etdiyi “Gözəlləmə”, “Yanıq Kərəm” və digər musiqi nümunələrimiz iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin keçirildiyi “Ay səhrası” restoranının sahibi xanım Tanaka Maçiko AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, Azərbaycan mədəniyyəti axşamı çox uğurlu alındı. Qonaqlara təqdim edilən Azərbaycan mətbəxi nümunələri və milli musiqisi yüksək qiymətləndirildi, alqışlarla qarşılandı: “Çox şadam ki, Azərbaycan mədəniyyətinə həsr etdiyimiz axşam qonaqlarımız tərəfindən çox yaxşı qarşılandı. Qədim və zəngin Azərbaycan mədəniyyəti, xüsusi tamı ilə seçilən mətbəxinizin nümunələri, eyni zamanda, milli musiqiniz qonaqlarımızın böyük marağına səbəb oldu. Açığını deyim ki, bəzi yaponlar hələ də Azərbaycanı tanımırlar. Düşünürəm ki, bugünkü tədbir ölkənizin Yaponiyada tanıdılması baxımından çox əhəmiyyətli olacaq. Yüksək mədəniyyətə malik olan Azərbaycan xalqına xoş günlər və firavanlıq arzulayıram”.
Tədbirin digər iştirakçıları da fikirlərini müxbirimizlə bölüşüblər. Osaka şəhərinin sakini Şota Oya bildirib ki, Azərbaycan mədəniyyəti ilə ilk tanışlıq onda çox xoş hisslər yaratdı: “Mən tədbirə həyat yoldaşımla birlikdə gəlmişəm. Həm yeməkləriniz, həm də musiqiniz bizdə çox xoş hisslər doğurdu. Sanki nağıllar aləminə düşmüşdük. Doğrudur, Yaponiyada da tərəvəzlər və ətlə müxtəlif yeməklər hazırlanır. Lakin onların heç biri küftə-bozbaşın tamını vermir. Kök salatı da çox xoşumuza gəldi. Həyat yoldaşım həmin yeməklərin reseptini götürdü və bu yeməkləri evdə hazırlamaq niyyətindədir.
Ümumiyyətlə, çox gözəl, yaddaqalan bir axşam yaşadıq. Böyük məmnuniyyətlə Azərbaycana səfər etmək və bu gözəl ölkə ilə tanış olmaq niyyətindəyik”.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info