Kamal Abdulla: “İntellekti olmayan aparıcıların ekrana çıxarılması davam edəcəksə, problemlər qalacaq”
Tarix: 06.10.2017 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


“Azərbaycan dili ahəngdarlığına, səlisliyinə görə rus və fars dilindən üstündür. Bizim dilimizdə olan 9 sait o dillərin heç birində yoxdur. Dilin səlisliyi dildəki saitlərlə ölçülür”. Bunu “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib. O bildirib ki, Dilçilik İnstitutuna ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiqi barədə layihə hazırlamaq tapşırılıb: “Hazırda bu istiqamətdə iş gedir. Ancaq ilk növbədə ana dilini sevmək lazımdır. Sevəndə bu cür yanlışlıqlar olmayacaq”.
Dilçilik İnstitutunun direktoru KİV əməkdaşları arasında ana dili ilə bağlı müsabiqə keçirilməsini təklif edib: “Bir zamanlar AzTV-də “Azərbaycan dili” verilişi vardı. Həmin verilişin bərpa edilməsinə ehtiyac var. Yeri gəlmişkən, hazırda Dilçilik İnstitutunda yeni orfoqrafiya və orfoepiya lüğəti də hazırlanır. Bu da bizim ümumi işimizə xeyirli olar”.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla qeyd edib ki, dilə başqa sözlərin gəlməsindən qorxmaq lazım deyil, dil özü bunu tənzimləyir: “Məsələn, multikulturalizm sözünü bu gün ucqar kənddə belə bilirlər. Bu gün televiziya rəhbərlərimiz Azərbaycan dilində səlis danışırlar, amma telekanallarımızda tez-tez “musiqilər” sözü eşidirəm. Belə söz ola bilməz, “musiqi”" sözü var. Xarici görünüşünə aldanıb, verilişə aparıcı gətirmək olmaz. Digər tərəfdən, Azərbaycanda müxtəlif millətlər yaşayır. Azərbaycan xalqının gücü müxtəlif millətlərin gücündən, Azərbaycan dilinin də gözəlliyi də həmin millətlərin gözəlliyindən yaranır”.
K. Abdulla aparıcılara Azərbaycan Dillər Universitetində xarici dil öyrətməyə hazır olduqlarını bildirib: “İctimai əsaslarla aparıcılar üçün xarici dil kursları təşkil edə bilərik. Azərbaycan ədəbi dili ilə bağlı bir sıra problemlər aparıcının xarici dili bilməməsindən qaynaqlanır. Ümumiyyətlə, intellekti olmayan aparıcılar televiziyaya çıxarılmağa davam edəcəksə, problemlər qalacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info