Təhsil naziri: “İmtahanların keçirilməsi qaydasının dəyişdirilməsi sadələşdirilməyə yönəlib”
Tarix: 06.10.2017 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirib.
Nazir ilk dəfə bu sahə ilə məşğul olan Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin dəyişikliklərə dair birgə təşəbbüsü barədə iki il əvvəl xəbər verildiyini deyib. Onun sözlərinə görə, bu, abituriyentlərə, onların valideynlərinə və şagirdlərə dəyişikliklərə hazır ola bilmələri üçün əlavə vaxt və imkan yaradır. İmtahan formatının təkmilləşdirilməsi, bu günün tələblərinə uyğunlaşdırılması, biliklərin əmək bazarının ehtiyaclarına uyğun qiymətləndirilməsi prosesi aparılır.
M.Cabbarov bildirib ki, imtahanların keçirilməsi qaydasının dəyişdirilməsi format olaraq sadələşdirilməyə yönəlib. Bu, imtahan fənlərinin sayının azalmasında özünü büruzə verir. O deyib: “İkinci mühüm məqam isə ondan ibarətdir ki, məktəbdə əldə edilən biliklərin, nəticə etibarı ilə məktəb imtahanlarının dəyəri artmaqdadır. 25 il əvvəl tətbiq olunan bir sistem bu müddət ərzində vətəndaşlara xidmət edib və gələcəkdə də edəcək. Lakin mütəmadi olaraq baş verən dəyişikliklərə nəzər salmalı və bunları unutmamalıyıq. Doqquz il əvvəl məktəblərdə yeni tədris proqramı (kurikulum) tətbiq olunub. Yeni imtahan modeli də baş verən dəyişikliklərin nəticəsidir. Artıq mütləq bilikdən biliklərin tətbiqi bacarığına keçid baş verir. İki ölkədə - Rusiyada və Türkiyədə də oxşar proseslər gedib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info