Göyçayda əmək yarmarkası keçirilib
Tarix: 06.10.2017 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Göyçay rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Göyçay rayon Məşğulluq Mərkəzinin direktoru Namiq İsmayılov, rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, Göyçay Regional Peşə Tədrisi Mərkəzinin direktoru Bəhman İmranov çıxış edərək əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd edilib ki, ötən 9 ayda rayonda görülən işlər nəticəsində 800-dən çox yeni iş yeri açılıb.
Məlumat verilib ki, son vaxtlar rayon gəncləri müxtəlif sənətkarlıq sahələri üzrə kurslarda iştirak etmək üçün Göyçay Regional Peşə Tədrisi Mərkəzinə müraciət edirlər. Hazırda mərkəzdə 50-ə yaxın ixtisas üzrə kurslar təşkil edilir və iştirakçılara şəhadətnamə verilir, onların Məşğulluq Mərkəzi vasitəsilə işlə təmin edilməsinə köməklik göstərilir.
Çıxışlardan sonra əmək yarmarkasında iştirak edən vətəndaşlara 16 müəssisə və təşkilat tərəfindən 131 boş iş yeri təqdim olunub. İş təqdim edən müəssisələrdən 10-u dövlət, 6-sı özəldir. Boş iş yerlərinə görə 120-300 manat məbləğində əmək haqqı təklif edilib. Yarmarkada iştirak edən 215 nəfər işaxtaran vətəndaşdan 40-ı öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, istehsal və emal sahələrində, xidmət təşkilatlarında, tikintidə işlə təmin olunublar.
Həmçinin əmək yarmarkasında 60 nəfərə peşə hazırlığı kursuna göndəriş verilib.
Qarşıdakı günlərdə boş qalmış 91 yerə işçi göndərilməsi üçün tədbirlər davam etdiriləcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
17.01.2019
“AtaSığorta” Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info