Azərbaycanda yeni assosiasiya təsis edilib
Tarix: 06.10.2017 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Azərbaycanda fəaliyyət göstərən tütün istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı oktyabrın 6-da Zaqatala rayonunda dövlət qurumları nümayəndələrinin, tütün istehsalı və ixracı ilə məşğul olan sahibkarların iştirakı ilə tədbir keçirilib.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinin icrası olaraq son illər rayonda kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə məlumat verib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar barədə danışıb. Vurğulanıb ki, sahibkarlığın inkişafı uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Dövlətimizin başçısının iqtisadi islahatlar paketi çərçivəsində yoxlamaların dayandırılması, lisenziyalaşdırma, investisiya mühiti, gömrük, ixrac, vergi və digər sahələrdə həyata keçirilən tədbirlər özəl sektorun inkişafında xüsusilə önəmlidir və bu istiqamətdə sistemli iş davam etdirilir.
Tədbirdə tütünçülüyün inkişaf etdirilməsi istiqamətində dövlətimizin başçısının verdiyi tapşırıqlar, “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması tütün və tütün məmulatları istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək, bu sahənin inkişafını daha da sürətləndirmək, istehsalı və ixracı artırmaq baxımından çox əhəmiyyətlidir. İqtisadiyyat Nazirliyi tərəfindən Assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcək.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov son illər sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan dəstək tədbirləri barədə məlumat verib, yeni yaradılan Assosiasiya ilə yaxından əməkdaşlıq edəcəklərini vurğulayıb.
Tədbirdə tütün istehsalı ilə məşğul olan sahibkarlar çıxış edərək, tütünçülüyün inkişafına göstərilən diqqətə görə dövlətimizin başçısına təşəkkür edib, bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində təkliflərini səsləndiriblər.
Yekunda Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis olunması qərara alınıb. Assosiasiyanın idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Tütün istehsalçısı Telman Həsrətov yeni yaradılan Assosiasiyanın İdarə heyətinin sədri seçilib.
Tədbirin sonunda iştirakçılar tərəfindən Assosiasiyanın gələcək fəaliyyətinə, tütünçülüyün inkişafına dair müzakirələr aparılıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info