Pensiya qanunvericiliyindəki son dəyişikliklərin tətbiqi ilə bağlı tədbirlərə yekun vurulub
Tarix: 06.10.2017 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya qanunvericiliyindəki son dəyişikliklərin tətbiqi ilə bağlı yerli şöbələrin əməkdaşları üçün respublikamızın bölgələrində keçirdiyi izahat-məlumatlandırma tədbirləri Şəki şəhərində təşkil olunan seminar-müşavirə ilə yekunlaşıb.
Oktyabrın 6-da Fondun 8 rayon (Şəki, Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən) şöbəsinin pensiya təyinatını həyata keçirən əməkdaşlarının iştirakı ilə keçən tədbirdə sığorta-pensiya sistemində aparılan növbəti islahatların pensiya təminatı sisteminin müasir tələblərə uyğun və sığorta prinsipinin gücləndirilməsi əsasında təkmilləşdirilməsi məqsədinə xidmət etdiyi vurğulanıb. Bu islahatların məqsəd və mahiyyəti, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə bağlı görüləcək işlər, Azərbaycan Respublikasının Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanından irəli gələn vəzifələr iştirakçıların diqqətinə çatdırılıb.
Fondun mütəxəssisləri pensiya qanunvericiliyindəki son dəyişikliklərin tətbiqi qaydaları barədə ətraflı məlumat veriblər. Yerli şöbələrin əməkdaşlarına 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyalarının məbləğinin şərti çevrilməsinin aparılması və həmin vaxta qədər istifadə olunmamış pensiya kapitalının yenidən hesablanması qaydası, pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, yaşa görə və əlilliyə görə pensiya hüququnun yaranması, pensiya öhdəliklərinin strukturu və s. izah olunub. Yeni maliyyələşmə mexanizmi, pensiya kapitalının formalaşması, yaşa görə pensiya məbləğinin hesablanması, həmçinin işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydalarından bəhs olunub. Tədbirdə iştirakçıların müvafiq məsələlərə dair sualları da cavablandırılıb.
Ötən dövrdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı (Fondun aparatı), Gəncə və Şirvan şəhərlərində, Xaçmaz, Masallı, Yevlax, Şəki rayonlarında seminar-müşavirələr keçirilib. Bu tədbirlərdə Fondun respublikamızın bütün rayon (şəhər) şöbələrinin aidiyyəti sektorlarının əməkdaşlarının iştirakı və onlara pensiya qanunvericiliyindəki son dəyişikliklərin tətbiqi məsələlərinə dair izahatların verilməsi təmin edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info