Kiprli nazir: “İkili standartlar Qarabağ məsələsinin həllinə imkan vermir”
Tarix: 06.10.2017 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Özdemir Berova: “Azərbaycanda turizmin inkişafı digər sahələrin inkişafına təkan verə bilər”

Ötən həftə Şimali Kipr Türk Cümhuriyyətinin Milli Təhsil və Mədəniyyət naziri Dr.Özdemir Berova Bakıda səfərdə olub. Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk kiprli nazirlə Azərbaycanı necə görməsi, iki ölkənin turizm potensialı və başqa mövzular ətrafında söhbət edib. Həmin müsahibəni təqdim edirik:
- Cənab nazir, Azərbaycan Kiprdən necə görünür?
- Əvvəla, mənə çox xoşdur ki, qardaş Azərbaycandayam. Azərbaycanda olmaqdan qürur və fərəh hissi keçirirəm. Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Bakıda yaradılan infrastruktur vəziyyətdən xəbər verir. Bu gün Azərbaycanın türk dünyasında xüsusi önəmi var. Bundan fəxr etməyə bilmərik. Azərbaycan nə qədər çox inkişaf edərsə, eynilə Türkiyə, Kipr də inkişaf edər. Biz bir millətin övladlarıyıq.
- Kiprdə təhsilin səviyyəsi hansı həddədir?
- Bilirsiniz ki, bu gün Kiprdə təhsilin səviyyəsi yüksəkdir. Yüksək şərtlərə cavab verən təhsil sistemimizi formalaşdırmışıq. Minlərlə azərbaycanlı gənc Kipr universitetlərində təhsil alır. Təhsil alan azərbaycanlı tələbələr yaradılan şəraitdən bəhrələnirlər. Qeyd edim ki, onlar vətənlərinə qayıdıb müxtəlif sahələrdə çalışaraq, öz təcrübələrini bölüşəcəklər. Onların uğurları və xoş sədalarını eşitmək bizi də sevindirir.
- Bilirik ki, Kiprdə turizm inkişaf edir. Hazırda vəziyyət necədir?
- Kiprdə turizm sahəsinə xüsusi önəm verilir. Ölkəmizin əsas gəlir mənbəyi turizmdən formalaşır. İldə on minlərlə turist qəbul edirik. Kiprin əlverişli coğrafi mövqeyi və turizm üçün yaradılan şərait turistləri cəlb edir.
- Azərbaycan turizmini izləyirsinizmi?
- Bəli. Son illər Azərbaycanda turizmdə güclü inkişaf müşahidə olunur. Ölkəyə turistlərin axını sürətlənib. Bir məsələni qeyd edim ki, Azərbaycanda turizmin inkişafı digər sahələrin inkişafına təkan verə bilər. Bu isə yeni iş yerləri və əlavə gəlir mənbəyi deməkdir. Azərbaycanda yeni hotellərin istifadəyə verilməsi və yaradılan infrastrukur turizmin inkişafına müsbət impuls verəcək.
- Özdəmir bəy, Qarabağ problemi haqqında sual vermək istərdim. Kiprlilər Qarabağ problemi haqqında nə qədər geniş bilgiyə sahibdirlər?
- Qarabağ Kiprin də problemidir. Təəssüf ki, ikili standartlar Qarabağ məsələsinin həllinə imkan vermir. Qarabağda yaşanan hadisələrlə Kiprdə yaşanan hadisələr arasında oxşar cəhətlər çoxdur. Hər ikisində də insanlar qətliamlara məruz qalıblar. Bu, bizim acımızı birləşdirən ortaq faktdır. Beynəlxalq təşkilatların Qarabağ məsələsində hərəkətə keçməsi lazımdır. Çünki dünya birliyi qəbul edir ki, Qarabağ qeyri-qanuni olaraq işğal altındadır. Biz praktiki addımları görmürük. Bunu təəssüflə qeyd etməliyəm. İnanıram ki, tezliklə azərbaycanlı qardaşlarım öz vətənlərinə geri dönəcəklər.




 
Bölməyə aid digər xəbərlər
14.02.2019
“Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
12.02.2019
Hikmət Hacıyev: Ermənistan rəsmilərinin son dövrlərdəki açıqlamaları danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir
07.02.2019
SOCAR-ın xarici bazarlardakı gəliri ölkə daxilində əldə edilən gəliri üstələyir
04.02.2019
“Modul tipli sutəmizləyici qurğuların quraşdırılması əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq”
01.02.2019
“Dünyanın dörd bir tərəfində Azərbaycan gəncinin uğurunun şahidi ola bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info