“Zəngəzur tarixi” nəşrə hazırlanır
Tarix: 06.10.2017 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Prezidentin təşəbbüsü və tapşırığına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Zəngəzur tarixi” adlı fundamental tədqiqat nəşrə hazırlanır. Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, institutun Elmi Şurasının 6 oktyabr tarixli iclasında “Zəngəzur tarixi” kitabının çap işi ilə bağlı vəziyyət geniş müzakirə edilmiş və konkret qərarlar qəbul olunub. Elmi Şuranın iclasında tanınmış ermənişünas alim İsrafil Məmmədovun 90 illik yubiliyenin keçirilməsi, Avstriya arxivlərində araşdırmalar aparılması, Azərbaycan-Polşa əlaqələri tarixi mövzusunda tədbirin keçirilməsi, tarixçi-alim Polad Xəlilovun “Bakı neft sənayeçiləri qurultayının fəaliyyəti tarixindən (XIX əsrin sonu – XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının çapa məsləhət görülməsi və digər məsələlər barədə qərar verilib. Akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan və Avstriya arasında əlaqələrin tarixi XVI əsrə - Səfəvilər və Habsburqlar sülalələrinin hakimiyyəti dövrünə gedib çıxır: “Avstriyada olan Səfəvilər dövrü ilə bağlı arxiv sənədləri Azərbaycana gətiriləcək”. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Tarix İnstitutu ilə sıx əlaqə saxlayaraq, Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən və Polşa kralı Kazimir arasında yazışmalara dair arxiv sənədi aşkar edib. Bununla bağlı olaraq, Azərbaycanın ortaəsrşünas alimləri Polşaya səfər edəcəklər. Məlumat üçün bildirək ki, oktyabr ayında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi layihə çərçivəsində Tarix İnstitutu ilə birgə “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar keçiriləcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info