Çexiyanın sabiq baş naziri UNEC-də
Tarix: 06.10.2017 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Çexiya Respublikasının sabiq baş naziri, Statistika İdarəsinin sabiq prezidenti, professor Jan Fişer və Praqa İqtisadiyyat Universitetinin prorektoru, professor Yakub Fişer UNEC-də olublar. Qonaqları UNEC-də görməkdən məmnunluğunu bildirən rektor, professor Ədalət Muradov onlara universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkədə dörd dildə təhsil verən yeganə ali təhsil ocağı olan UNEC London Universiteti/London İqtisadiyyat Məktəbi, Montpellier, Mikolos Romires və Moskva Dövlət Humanitar İqtisadi universitetləri kimi nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramı həyata keçirir. J.Fişer həmkarları ilə birgə yaratdığı və Çexiya Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi statistikaya dair magistr pilləsi üzrə yeni proqramdan bəhs edərək bildirib ki, proqramın əsas məqsədi milli və Avropa səviyyəsində tələbələrin və statistiklərin bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir. Y.Fişer Praqa İqtisadiyyat Universitetinin Çexiyanın iqtisad ali təhsil müəssisələri arasında lider olduğunu bildirərək, Cənubi Qafqazın iqtisadyönümlü ən böyük universiteti olan UNEC-lə əməkdaşlığının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. Statsitika sahəsində birgə kadr hazırlığının perspektivləri müzakirə edilən görüşdə ikili diplom proqramları və birgə elmi tədqiqatların mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. Hər iki universitet arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu qeyd edən çexiyalı professorlar tərəflərin elmi-pedaqoji potensialından istifadə edərək mövcud tədris proqramlarının daha da təkmilləşdirilməsini təklif ediblər. Bildirilib ki, öz regionunun ən nüfuzlu iqtisadyönümlü universitetləri olan bu iki ali təhsil ocağının əməkdaşlığı çərçivəsində statistika fənni üzrə birgə tədris vəsaitlərinin hazırlanması və impakt faktorlu jurnallarda birgə elmi məqalələrin dərc olunması böyük səmərə verə bilər. Görüşdən sonra professor Yan Fişer UNEC tələbə və magistrləinə müasir rəsmi statistikanın işlənməsi mövzusunda ustad dərsi keçib. Professor Yakub Fişerin ustad dərsinin mövzusu isə sosial və iqtisadi statistikanın müasir məsələləri olub. Tələbələrin suallarını cavabalandıran çexiyalı professorlar onların bilik və bacarıqlarını müsbət qiymətləndiriblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info