Göyçay və Qazaxda əmək yarmarkaları keçirilib
Tarix: 06.10.2017 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Göyçay rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib. Tədbirdə çıxış edən Göyçay rayon Məşğulluq Mərkəzinin direktoru Namiq İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, Göyçay Regional Peşə Tədrisi Mərkəzinin direktoru Bəhman İmranov çıxış edərək əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd edilib ki, ötən 9 ayda rayonda görülən işlər nəticəsində 800-dən çox yeni iş yeri açılıb. Məlumat verilib ki, son vaxtlar rayon gəncləri müxtəlif sənətkarlıq sahələri üzrə kurslarda iştirak etmək üçün Göyçay Regional Peşə Tədrisi Mərkəzinə müraciət edirlər. Hazırda mərkəzdə 50-ə yaxın ixtisas üzrə kurslar təşkil edilir və iştirakçılara şəhadətnamə verilir, onların Məşğulluq Mərkəzi vasitəsilə işlə təmin edilməsinə köməklik göstərilir. Çıxışlardan sonra əmək yarmarkasında iştirak edən vətəndaşlara 16 müəssisə və təşkilat tərəfindən 131 boş iş yeri təqdim olunub. İş təqdim edən müəssisələrdən 10-u dövlət, 6-sı özəldir. Boş iş yerlərinə görə 120-300 manat məbləğində əmək haqqı təklif edilib. Yarmarkada iştirak edən 215 nəfər işaxtaran vətəndaşdan 40-ı öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, istehsal və emal sahələrində, xidmət təşkilatlarında, tikintidə işlə təmin olunublar. Həmçinin əmək yarmarkasında 60 nəfərə peşə hazırlığı kursuna göndəriş verilib. Qarşıdakı günlərdə boş qalmış 91 yerə işçi göndərilməsi üçün tədbirlər davam etdiriləcək. Qazax rayonunda da əmək yarmarkası keçirilib. Qazax Rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov yarmarkanın əhalinin məşğulluğunun təmin olunmasında əhəmiyyətindən danışıb. Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxışında dövlət tərəfindən əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, yaradılan yeni iş yerlərindən söz açıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Aparatında yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunda baş məsləhətçi Xətai Mehralıyev bu cür əmək yarmarkalarının keçirilməsinin vacibliyini vurğulayıb və belə tədbirlərin işçi ilə işəgötürən arasında böyük rol oynadığını qeyd edib. Əmək yarmarkasına rayon ərazisində fəaliyyət göstərən 28 idarə və müəssisədən 392 boş iş yeri çıxarılıb. Boş iş yerlərinin əməkhaqqısının minimum həddi 121 manat, maksimum həddi isə 500 manat olub. İşə düzəlmək üçün yarmarkaya 200 nəfər müraciət edib ki, onların da 27 nəfərinə işə göndəriş verilib, 17 nəfər isə peşə hazırlığı kursuna cəlb edilib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info