“Cənub Qaz Dəhlizi” layihəsi ölkəmizin Avropa üçün əhəmiyyətinin bariz nümunəsidir”
Tarix: 06.10.2017 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyevin Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündəki çıxışı bir neçə gün bundan əvvəl Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışının bir növ davamıdır”.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib. Çingiz Qənizadə qeyd edib ki, dövlət başçısı görüşdə Avropa İttifaqı Şurasının nümayəndələri qarşısında bugünkü Azərbaycan reallığını ortaya qoydu. Həmçinin bəzi beynəlxalq təşkilatların Azərbaycana yanaşmasında beynəlxalq hüquq normalarına uyğun gəlməyən ikili standartların olmasını onların diqqətinə çatdırdı: “Prezident İlham Əliyev onlara bir daha izah etdi ki, bu gün Azərbaycanın Avropaya deyil, Avropanın Azərbaycana daha çox ehtiyacı var. Avropa İttifaqı ilə tərəfdaşlıqla yanaşı, Azərbaycan bu təşkilata üzv olan ölkələrin təxminən üçdə biri ilə əməkdaşlıq edir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. Azərbaycandan təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi hazırda Avropanın enerji gündəliyində duran ən vacib məsələlərdəndir. “Cənub Qaz Dəhlizi” layihəsi ölkəmizin Avropa üçün aparıcı qüvvə olduğunun bariz nümunəsidir. Dövlət başçısı qeyd etdi ki, Avropanın daha çox qaza ehtiyacı olacaq. Bu, məsələnin iqtisadi tərəfidir. Bununla yanaşı, dəmir yolu infrastrukturunun modernləşdirilməsi, nəqliyyat sektorunun inkişafı və dəmir yolunda aparılan islahatlar Azərbaycanı vacib regional nəqliyyat mərkəzinə çevirmək üçün bir hədəfdir. Bütün bunların Yaxın Şərqdən Uzaq Şərqə qədər çatdırılması təbii ki, həm Avropa, həm də dünya üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın geosiyasi məkanını da onların diqqətinə çatdırdı. Görüşdə dövlət başçısı haqlı olaraq qeyd etdi ki, Dağlıq Qarabağla bağlı status-kvonun saxlanılmasında, bu problemin həll olunmamasında beynəlxalq təşkilatların bu cür yanaşması bizi qane etmir və günahkar yenə də beynəlxalq təşkilatlardır. Çünki bu gün Avropanın özündə separatçı qüvvələrin baş qaldırması, müəyyən addımlar atması məhz Dağlıq Qarabağ münaqişəsi kimi problemlərin vaxtında həll edilməməsinin nəticəsidir. Buna görə də hazırda Avropa özü bu problemlərlə yaşayır. Prezident İlham Əliyev terrorçuluqla mübarizədə beynəlxalq qurumlarla əməkdaşlıqla bağlı Azərbaycanın mövqeyini də diqqətə çatdırdı. Həmçinin Azərbaycanın Şərq Tərəfdaşlığı ölkələrinin hər birinə fərdi yanaşmanın tərəfdarı olduğunu qeyd etdi. Bu gün iqtisadi cəhətdən güclü, müstəqil siyasəti olan, öz hesabına yaşayan Azərbaycanla yoxsulluq içində yaşayan, əhalisinin sayı getdikcə azalan işğalçı Ermənistana münasibətin fərqli olmamasını onların diqqətinə çatdırdı. Xüsusi vurğulamalıyam ki, Prezident İlham Əliyevin bu fikirləri tam şəkildə dövlətimizin və xalqımızın maraqlarına söykənir”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info