Ukrayna Ali Radası Donbasın statusu haqqında qanunun müddətini artırıb
Tarix: 06.10.2017 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Ali Radanın sessiyası zamanı zala tüstü və boğucu iylə müşahidə olunan əşya atılıb

Ukrayna Ali Radası Donbasın xüsusi statusu haqqında qanunun müddətini 1 il uzadıb. Sənəd ölkə prezidenti Petro Poroşenko tərəfindən parlamentə təqdim edilib. Parlamentə təqdim edilmiş sənəd müxalif deputatların göstərdiyi təzyiq nəticəsində iki gün əvvəl müzakirədən çıxarılmışdı. Parlamentarilərin bir hissəsi hesab edir ki, bu sənəd ölkəni federallaşdıracaq.
Onlar tələb edirlər ki, Donbasa xüsusi status vermək üçün lazım olan şərait də sənədə yazılmalıdır. Bundan sonra Poroşenko parlamentə şərhləri nəzərə alaraq dəyişdirilmiş bir sənəd təqdim edib. Sənədin qəbulu üçün 226 səsə ehtiyac olduğu halda, 229 deputat sənədin lehinə səs verib. Sessiya zamanı zala tüstü və boğucu iylə müşahidə olunan əşya atılıb. Əşya media nümayəndələrinin əyləşdiyi yerə atılıb. Əvvəlcə sənəddə münaqişənin həlli ilə bağlı Minsk sazişinin prioritet olduğu qeyd edilirdi. Lakin parlament komitəsinin iclası zamanı Minsk müqaviləsinə istinad edilməsi sənəddən çıxarılıb. Yeni variantda BMT Təhlükəsizlik Şurasının Donbasla bağlı qərarına istinad edilməsi təklif olunub. Qanun, həmçinin ölkənin suverenliyini təmin etmək üçün tədbirlərin həyata keçirilməsi və sülh dövründə regionlarda Ukrayna Silahlı Qüvvələrindən istifadə imkanını təmin edir. Bu, müharibə elan etmədən belə, şərqdəki ordunun istifadəsini qanuniləşdirə bilər. Təhlükəsizlik qüvvələri indi də Donbasda hərbi əməliyyatlarda intirak edirlər. Lakin Ukraynanın hakimiyyət orqanları hərbi əməliyyatları “antiterror əməliyyatları” kimi dəyərləndirir. Qanuna görə, Donbasda hərbi qüvvə və fəalların idarə edilməsi birbaşa Ukrayna Silahlı Qüvvələrinin birgə əməliyyat mərkəzinə həvalə edilir. Hazırda bu funksiyanı Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən nəzarət edilən Antiterror qərargahı həyata keçirir. Qanuna əsasən Donbas üçün xüsusi status bir sıra şərtlər yerinə yetirildikdən sonra qüvvəyə minəcək. Buraya bölgədəki “qeyri-qanuni birləşmələrin” çıxarılması da daxildir. Qeyd edilməlidir ki, Minsk müqavilələrinə görə, Kiyev, Donetsk və Lugansk bölgələrinə xüsusi statusu verməyi öhdəsinə götürüb. Müvafiq qanun 2014-cü ildə qəbul olunsa da, tətbiq olunmayıb və onun tətbiqi müddəti bu il oktyabrın 18-də başa çatır. Kiyev Donbasın nəzarətsiz bölgələrinə yalnız Ukrayna qanunları və beynəlxalq müşahidəçilərin nəzarəti altında, yerli seçkilərdən sonra xüsusi status vermək niyyətindədir. Ancaq seçkilər bu günə qədər də baş tutmadığından Donbas və Luqanskın statusu ilə bağlı sənəd kağız üzərində qalıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info