Şərur rayonunda kənd yolları yenidən qurulur
Tarix: 09.10.2017 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Şərur rayonunda son 8 ayda yolların təmiri istiqamətində, ümumilikdə, 1 milyon 223 min 853 manatlıq iş görülüb.

Şərur Rayon Yol Təmir-Tikinti İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qarxun-Yuxarı Aralıq-Aşağı Aralıq yolu yenidən qurulub, Aralıq və Siyaqut kəndlərini birləşdirən körpünün əsaslı təmiri başa çatdırılıb, Dərvişlər, Arpaçay, Çəmənli və Babəki kəndlərini birləşdirən 9,7 kilometrlik avtomobil yolu genişləndirilib, asfalt örtük salınıb. Həmin ərazidə kənddaxili yollar yenidən qurulub. Rayonun Ələkli kəndini əhatə edən 3,7 kilometrlik yol genişləndirilib, yol yatağı bərkidilib, qalın asfalt örtük döşənib.

Rayonda yolların cari təmiri də diqqət mərkəzində saxlanılır. Belə ki, ilin əvvəlindən indiyədək Şərur şəhərində, Yengicə, Zeyvə, Düdəngə, Sərxanlı, Məmmədsabir, Kosacan, Qarxun kəndlərində bu istiqamətdə xeyli iş görülüb.

Payız-qış mövsümünə hazırlıq çərçivəsində qış mövsümündə hərəkətin intensivliyini təmin etmək üçün kompleks tədbirlər həyata keçirilir, texnikalar saz vəziyyətə gətirilir, fəhlə və mexanizatorlar mövsümlə əlaqədar olaraq iş paltarları ilə təmin edilirlər. Qışda ucqar dağ və sərhəd kəndlərinə gedən avtomobil yollarının qardan təmizlənməsində operativliyin təşkili məqsədilə texnikalar lazımi ehtiyat hissələri ilə təchiz olunub. Axura-Havuş yolunda hərəkətin fasiləsizliyini təmin etmək üçün lazımi tədbirlər görülüb, xüsusi texnika ayrılıb.

Rayonda yol təsərrüfatının yenidən qurulmasında əsas amil sayılan keyfiyyətli asfalt istehsalı üçün də möhkəm zəmin yaradılıb. Ələkli kəndinin ərazisində quraşdırılmış və gündəlik istehsal gücü 60 ton olan qum-çınqıl və asfalt istehsal edən müasir zavod təmir və bərpa işləri zamanı işi xeyli yüngülləşdirir. Zavod həm də Sədərək və Kəngərli rayonlarının bu istiqamətdə tələbatını ödəyir.

Hazırda 10 kilometrlik Vərməziyar-İbadulla-Ərəbyengicə-Qarahəsənli avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info