“Elmdə Azərbaycan qadınlarının rolu”
Tarix: 09.10.2017 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universiteti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “Elmdə Azərbaycan qadınlarının rolu” mövzusunda dəyirmi masa keçirilib. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxışında bildirib ki, tarixən Azərbaycan qadınları bütün sahələrdə öz fəaliyyətləri ilə fərqlənib. O qeyd edib ki, qadınlar ölkənin elm və təhsil tarixinə öz adlarını yaza biliblər: “Getdikdə qadınların cəmiyyətdə rolu daha da artır. Heç yerdə Azərbaycan qadını kimi zəhmətkeş qadın yoxdur. Azərbaycanın XX əsrdə yetişdirdiyi bir neçə alim xanımın adını çəkmək istərdim. Akademik Zərifə Əliyeva, akademik İzzət Orucova, akademik Rəfiqə Əliyeva, professor Aida İmanquliyeva kimi xanımlar yeni dövr Azərbaycan elmində önəmli izlər buraxıb”.
AQUPDK sədri Hicran Hüseynova deyib ki, Azərbaycan elmində qadınların sayı ildən-ilə artır. Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycanda qadınlar iqtisadi baxımdan daha müstəqildir: “Hər ölkədə belə imkanlar yoxdur. Amma Azərbaycanda qadınların hərtərəfli inkişafı və fəaliyyəti üçün lazımi imkanlar yaradılıb. Azərbaycan qadını hər zaman intellekti və aktivliyi ilə tanınıb. XX əsrdə Azərbaycan xalqı elmə bir çox alim, akademik, professor qadın bəxş edib”.
Tədbirin davamında Milli Məclisin sədr müavini Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin Direktorları Şurasının sədri Məleykə Abbaszadə, ombudsman Elmira Süleymanova və başqaları çıxış edərək ölkənin tarixində, ictimai-siyasi həyatında Azərbaycan qadınlarının rolu, gördükləri işlər, əldə olunan nailiyyətlər barədə danışıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib
22.04.2019
Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Tarixin ibrət dərsləri...
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info