Qəbul və buraxılış imtahanlarında qızların nəticələri oğlanlara nisbətən daha çoxdur
Tarix: 09.10.2017 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Son 10 ildə Azərbaycanda keçirilən qəbul və buraxılış imtahanlarında olan gender bərabərliyində dəyişikliklər baş verib. Dövlət İmtahan Mərkəzinin Direktorları Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, qəbul və buraxılış imtahanlarında hər bir fənn üzrə qızların orta statistik nəticələri oğlanlara nisbətən daha çoxdur.
Onun sözlərinə görə, müəyyən müddət öncə ən yuxarı və ən aşağı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edib. Lakin son 10 ildə bu tendensiyanın dəyişdiyini deyən M.Abbaszadə qeyd edib ki, artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb: “Gender bərabərliyi humanitar və texniki sahələr üzrə də bölünüb. Elə ki, qızlar humanitar və oğlanlar isə texniki sahələrə daha çox üstünlük verib. Ötən 10 il Azərbaycanda bu tendensiya da dəyişib. 2016-cı ildə buraxılış imtahanlarının nəticələrinə əsasən elə universitetlər var ki, orada oğlanlar üstünlük təşkil edir. Məsələn, Azərbaycan Texniki Universiteti tələblərinin 79%-i oğlanlar, 20%-i qızlardır. Azərbaycan Dövlət Dəniz Akademiyasına ötən il 308 oğlan, 1 qız qəbul olub. Həmin ali məktəb yalnız oğlanlar qəbul edir, orada təhsil almaq istəyən qız isə ərizə yazaraq orada təhsil alır. Ölkədə magistraturaya daha çox xanımlar gəlir. Rezidentura pilləsində-tibb sahəsində qızların sayı kifayət qədər çoxdur. Qızlar müəyyən ixtisasları seçmir, məsələn hər il həkim-narkoloq ixtisasında yerlər boş yer qalır. Oğlanların isə müvafiq balı çatmadığından bu yerləri seçə bilmirlər. Ali məktəblərin dövlət sifarişli yerlərinə qızlar daha çox qəbul edilir. Amma ödənişli ixtisaslara daha çox oğlanlar qəbul olunur. Həmin balla qızlar orta ixtisas təhsili müəssisələrində təhsil alırlar. Bu da ailələrin təsiridir, çünki onlar ödənişli ixtisaslarda qızlara nisbətən oğlanlarının təhsil almasına üstünlük verirlər”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info