Özbəkistanlı qonaqlar Bakının gözəlliyinə heyran qalıblar
Tarix: 09.10.2017 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Özbəkistandan Azərbaycana səfər edən şair, jurnalist, həkim, bəstəkar, psixoloq və iş adamlarından ibarət bir qrup ziyalı "Palitra"nın qonağı olublar. "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev qonaqları salamlayaraq onlarla görüşdən məmnunluğunu ifadə edib. O, qonaqlara Azərbaycanın tarixi, müasir dövrdə dünya və regiondakı mövqeyi haqda məlumat verib. Qeyd edib ki, iki xalq və dövlət arasında münasibətlərin qədim tarixi var: “Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə müstəqil Azərbaycan və Özbəkistan arasında əlaqələr daha da inkişaf etdi. Dostluq münasibətləri bu gün də yüksələn xətlə inkişaf edir. Azərbaycan Özbəkistanın yeni prezidentini yaxın vaxtlarda qarşılamağa hazırlaşır”. Namiq Əliyev özbəkistanlı ictimai xadim, şair, yazıçı və müğənnilərin Azərbaycanda tanındığını, eləcə də sevildiyini bildirib. Görüşdə qonaqlara Azərbaycan mətbuatının inkişaf tarixindən də danışılıb. Qonaqlardan şairə Fəridə Afruz səmimi görüşə və qonaqpərvərliyə görə "Palitra"nın kollektivinə minnətdarlığını bildirib. Fəridə Afruz Azərbaycandakı qədim tarixi abidələrə, həmçinin inkişaf və müasirliyə heyran olduqlarını deyib. Paytaxt Bakının gözəlliyi onlarda daha böyük təəssürat yaradıb. O, iki xalq arasındakı adət-ənənənin oxşarlığından məmnunluqla danışaraq Azərbaycan şair, bəstəkar və yazıçılarını çox sevdiklərini dilə gətirib. Digər qonaqlardan Butaeva Maksuda, Mirzahakimova Gülçöhrə, Dildar Alimbekova, Myminova Madina, Roziya Maxkamova da çxış edərək Azərbaycanla bağlı təəssüratlarından danışıblar. Daha sonra Fəridə Afruz özünün şerlərindən oxuyub. Həmçinin üç dildə yeni dərc olunan kitabını görüş iştirakçılarına hədiyyə edib. Görüşdə qonaqları maraqlandıran çoxsaylı suallara ətraflı cavablar verilib. Qonaqlar Azərbaycanla bağlı təəssüratlarını Özbəkistan mətbuatında çap etdirəcəklərini deyiblər.
Sonra qonaqlar "Palitra" qəzetinin əməkdaşı Fuad Hüseynzadə, araşdırmaçı-jurnalist Siyavuş Əmirli və Polşadakı Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədin müşayiəti ilə Bakının gəzməli, görməli yerlərilə tanış olublar. Xatırladaq ki, özbəkistanlı qonaqlar üç həftədən artıqdır ki, Azərbaycanda səfərdədirlər. Onlar öncə Naftalanda olublar, daha sonra Gəncəyə gedərək Nizami Gəncəvinin məqbərəsini, eləcə də müqəddəs yerləri ziyarət ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info