Ramiz Alıyev: “Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyət yüksək səviyyəddir”
Tarix: 09.10.2017 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə Qobustan rayonunda "İnsan alverinə qarşı mübarizə kompaniyasının keçirilməsi" adllı tədbir təşkil etmişdir.
Tədbir Qobustan Rayon İcra Hakimiyyətində təşkil olmuşdur. Mövzu və layihə təbdbir iştirakçıları tərəfindən olduqca maraqla qarşılanıb. Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, icra hakimiyyətinin əməkdaşları, bələdiyyə nümayəndələri, müəllimlər, gənclər və rayon ərazisində fəaliyyəət göstərən özəl qrumların nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Təşkilatın sədri və layihənin koordinatoru Ramiz Alıyev açaraq layihə haqqında qonaqlara məlumat vermiş və mövzunun vacibləyini diqqətə çattırmışdır. Ramiz Alıyev İnsan Alverinə Qarşı Mübarizə ilə bağlı cənab Prezidentin təsdiqlədiyi Milli Fəaliyyət Planı haqqında tədbir iştirakçılarına məlumat verdi. İnsan alveri və bu cinayətkarlıqla mübarizə mexanizmlərindən danışdı. Azərbaycan dövlətinin İnsan Alverinə Qarşı mübarizə ilə bağlı apardığı siyasəti diqqətə çattırdı. Bildirdi ki, “Hər il Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyətinin həyata keçirdiyi insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinə dəstək olur. Natiq qeyd etdi ki, ” Cənab Prezident tərəfindən İnsan Alverinə Qarşı Mübarizə Komissiyasın sədri və İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin olunmuş Daxili İşlər Nazirinin birinci müavini general-leytenant cənab Vilayət Eyvazovun rəhbərliyi ilə bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyət yüksək səviyyəddir və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə aparır. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən Vətəndaş Cəmiyyətinin nümayəndələri ilə Baş İdarənin əməkdaşlığı yüksək səviyyədə qurulmuşdur.”
Daha Sonra Qobustan Rayon İcra Hakimiyyəti aparatının Hüquq Şöbəsinin müdiri İradə Məmmədova və Qobustan Rayon polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Habil Hüseynov çıxış edərək rayon ərazisində insan alverinə qarşı mübarizəyə dair aparılan maarifləndirmə tədbirləri və cənayyətkarlıqla mübarizə ilə bağlı qonaqlara və tədbir iştirakçılarına geniş məlumat veriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info