Azərbaycan beynəlxalq elmi konfransda təmsil olunub
Tarix: 09.10.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Daşkənd Dövlət İqtisadiyyat Universitetində (DDİU) 23-cü Beynəlxalq Turizm Yarmarkası çərçivəsində “Turizm biznesinin inkişafı və xarici təcrübənin Özbəkistanda tətbiqi məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Özbəkistan Ali və Orta Təhsil Nazirliyi, Turizmin İnkişafı üzrə Dövlət Komitəsi və DDİU-nin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ali təhsil ocağının rektoru, professor Baxodir Xudiyev son illər ölkədə turizm sahəsində həyata keçirilən işlər, mövcud problemlər, turizm biznesinin inkişafını təmin etmək məqsədilə turizm təhsili sahəsində reallaşdırılan layihələrdən danışıb.
Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin departament rəhbəri Ənvər Yusupov Özbəkistanda turizm sahəsinin iqtisadiyyatın aparıcı sahəsi kimi dövlətin diqqətində olduğunu bildirib. Natiq Türkiyə, Azərbaycan, Tailand və Sinqapur təcrübəsinin onlar üçün maraqlı olduğunu qeyd edib.
Səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən nəhəng layihələrdən danışıb, bu sahənin ölkə rəhbərliyinin diqqətində olduğunu qeyd edib. O, 2011-ci ilin Azərbaycanda “Turizm İli” elan olunduğunu, yay turizmi ilə yanaşı, qış turizm mərkəzləri olan Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ” kimi müasir dünya standartlarına cavab verən istirahət turizm mərkəzlərinin yaradıldığını söyləyib, turizm təhsili sahəsində həyata keçirilən işlər və Azərbaycan Turizm və Menecmentlik Universiteti haqqında məlumat verib.
Samir Abbasov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ölkədə turistlərin sayının son statistikasına dair məlumatlarını açıqlayıb, bu ilin 8 ayında Azərbaycana 1 milyon 818 min turistin gəldiyini və dövlətin əsas hədəfinin 2020-ci ilə qədər turist sayının 4-5 milyona çatdırılması olduğunu qeyd edib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkəyə gələn turistlər üçün qaydaların asanlaşdırılması məqsədilə elektron “ASAN viza” sisteminin yaradılması barədə məlumat verilib. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin – Avropa və İslam oyunlarının, “Formula 1” yarışması, Bakı Şopinq Festival və digər tədbirlərin turizmin inkişafına böyük təkan verdiyi vurğulanıb.
Tədbirdə ötən 3 ildə özbək turistlərin Azərbaycana cəlb olunması və bu istiqamətdə həyata keçirilən işlər, iki ölkə arasında turizm sahəsinin perspektivlərdən danışılıb. Azərbaycan turistlərinin Özbəkistana da cəlb olunmasının vacibliyi barədə Özbəkistanın turizm ekspertləri xüsusi təkliflər səsləndiriblər.
Tədbirdə AMM-nin ölkəmizin turizm potensialı, turizm obyektləri və regionlara təşkil olunan turizm turlarına dair hazırladığı xüsusi videomaterial nümayiş etdirilib.
Konfransda fəal iştirak edən qonaqlar təşkilat komitəsinin fəxri fərmanları ilə təltif edilib. Mükafatlandırılanlar arasında Samir Abbasov da var.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info