Ermənistanın xarici borcu artmaqda davam edir
Tarix: 09.10.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Azat Arşakyan:”Hakim partiya ölkəni milli kimliyindən məhrum etdi”

Ermənistan borc içində çabalayır. Düşmən ölkədən verilən son məlumata görə, rəsmi statistikada Ermənistanın oktyabr ayının 1-nə olan xarici borcu 6 milyard 308 milyon dollar göstərilib. Bununla yanaşı, son bir ay ərzində bu borcun daha 48.1 milyon dollar artdığı bildirilir.
Maraqlıdır ki, ölkədə nəşr edilən «Joxovurd» qəzeti Ermənistanın xarici borcunun həndəsi silsilə şəkilində artdığını yazır. Dövlət borcunun son bir aydakı artımını nəzərə çatdıran qəzet, rəsmi sənədlərə istinadən bu məbləğin təxminən 5 milyard 696,6 milyon dollarının dövlət borcu və bunun da 4 milyard 456,5 dollarının isə xarici borc olduğunu göstərib: «Qeyd edək ki, hökumət ilin sonunadək dövlət borcunu daha da artırmağı planlaşdırır. Belələiklə, ilin sonuna qədər ölkənin xarici borcunun qanuni qadağan barajına - ÜDM-in 60 faizinə yaxınlaşması gözlənilir».
Başqa bir maraq kəsb edən məsələ, Ermənistanın dilənərək əldə etdiyi bu borcları ölkənin hansı sahəsinə istiqamətləndirməsi ilə bağlıdır. Ölkə rəsmiləri tez-tez son illər Ermənistanın müdafiə sisteminə böyük vəsaitlər ayırıldığını iddia etsələr də, bu sahə ilə əlaqəli olan bəzi açıqfikirli erməni siyasətçiləri bunun mifdən başqa bir şey olmadığını iddia edirlər. Məsələn, "Elk" blokunun parlament fraksiyasının müavini, sabiq baş nazir Aram Sarkisyan «Bu güclə ölkənin təhlükəsizliyinin təmin edilə bilməzliyini» iddia edir. O, bunu Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanovun etirafına- «Ermənistanın tək olacağı halda öz təhlükəsizliyini təmin edə bilməyəcəi»- fikrinə istinadən bildirir: «Bununla bağlı addımlar atılır, əslində, bu addımların səbəbi strateji tərəfdaşı razı salmaq arzusu və son nəticə isə öz hakimiyyətini qorumaqdır. Biz uzun illər erməni-türk sərhədlərini müstəqil olaraq qorumaq üçün bir çox addımlar atsaq da, buna nail ola bilmədik. Ona görə də Ermənistanda başqa ölkənin hərbi bazasının yerləşdirilməsinə icazə verdik. İlk əvvəl, ölkədə qalacaq hərbi bazanın müqavilə müddətinin 25 ildən 49 ilə qədər uzatdıq. Daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olduqdan sonra biz bunun kifayət olmadığını görüb, daha sonra Avrasiya İttifaqına da daxil olduq. Bu günə qədər də Daşnaksütyun Ermənistanın Avrasiya İqtisadi Birliyinə təhlükəsizlik səbəbindən daxil oduğumuzu bildirsə də, Armen Rustamyan mütəmadi olaraq birliyin təhlükəsizliyin bir hissəsi olduğunu düşünür. Bununla belə, Armen Rustamyan və onun tərəfdaşları ölkədə hər hansı bir iqtisadi inkişafın baş vermədiyini iddia etsələr də, lakin bu təşkilat təhlükəsizliyin tərkib hissəsi kimi, onları təmin edir. İndi onlar bu qanun əasında birgə erməni-rus qoşun birləşməsini yaratmaq istəyirlər. Yaxşı, deyək ki, Türkiyənin Ermənistanla döyüşmək üçün mübarizə aparacağını düşünürsək,birincisi bizim ərazidə hərbi baza mövcuddur. İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və bunlara məxsus hərbi texnika- bütün bunlar bizi təmin edirmi? Əlbəttə, bütün bunlar bizə uyğun deyilsə, bizi təmin də etməməlidir.

Son məlumata görə, rəsmi statistikada Ermənistanın oktyabr ayının 1-nə olan xarici borcu 6 milyard 308 milyon dollar göstərilib. Bununla yanaşı, son bir ay ərzində bu borcun daha 48.1 milyon dollar artdığı bildirilir

Buradan belə çıxır ki, Ermənistan Respublikasının ali baş komandanı Rusiyanın bir hissəsi olacaq Ermənistanı türklərdən qouyacaq. Əlbəttə ki, bu, bizimlə yanaşı, sadə ermənilər üçün də böyük təhqirdir.»
Qeyd edək ki, Aram Sarkisyanın dedikləri ilə səsləşən fikirləri Ermənistan silahlı qüvvələrinin keçmiş müavini, sabiq siyasi məhbus Azat Arşakyan da «Lragir» saytına verliyi açıqlamada bildirib: «Ermənistan Respublika Partiyası ölkəni milli kimliyindən məhrum etdi, erməni dilinin statusuna böyük zərbələr vurdu. Emənistanda "borc əvəzinə əmlak" bəhanəsi ilə sənaye məhv edildi. Ölkədə depopulyasiyanı həyata keçirən Ermənistan Respublika Partiyası hazırda ermənilərin özünümüdafiə qaynaqlarından məhrum edilməsi üçün intensiv şəkildə hərəkət edir.»
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info