M.F.Axundzadənin Tiflisdəki Ev Muzeyinin bazasında Mədəniyyət Muzeyi yaradılıb
Tarix: 09.05.2013 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


“Gürcüstanda Mirzə Fətəli Axundzadənin Ev Muzeyinin bazasında Mədəniyyət Muzeyi açılır. Burada Azərbaycan mədəniyyətini təbliğ edən əşyalar nümayiş olunacaq. Sözsüz ki, bu mərkəzin Gürcüstan-Azərbaycan dostluğunun inkişafında böyük rolu olacaq”.
Bu sözləri Gürcüstanın mədəniyyət naziri Quram Odişariya ilə görüşdən sonra jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, həmkarı ilə görüşündə Azərbaycanla Gürcüstan arasında bu sahədə bütün xırda və tərəfləri narahat edən məsələlərin aradan qaldırılmasına qərar verilib: “Biz Tiflisdəki Azərbaycan Dövlət Teatrı, muzeylərimiz, qarşılıqlı layihələrin gerçəkləşdirilməsi və Sınıq Körpünün bərpası ilə bağlı müzakirələr apardıq. Xalqlarımız tarixən qonşu və mehriban şəraitdə yaşayıblar. Biz bu əlaqələri daha da möhkəmləndirmək üçün çox ciddi iş aparmalıyıq və görüşdə Gürcüstan tərəfi buna tam hazır olduğunu bir daha sübut etdi”. Quram Odişariya isə Azərbaycan dilində başa düşdüyünü və həmkarının dediklərinin məğzini anladığını vurğulayıb: “Bu gün biz bərpadan sonra Mirzə Fətəli Axundzadənin Ev Muzeyini yenidən açırıq. Böyük yazıçı və şairlər bir xalqa məxsus deyil, onlar digər xalqların da şair və yazıçılarıdır. Mirzə Fətəli Axundzadə uzun illər Gürcüstanda yaşayıb və onu bizim ölkədə yaxşı tanıyırlar. Mən həmkarıma razılığımı bildirirəm ki, vaxt tapıb Gürcüstana gəlib. Biz onunla bir çox məsələlər barədə planlaşdırmalar apardıq. Bir neçə gündən sonra mən Bakıya səfər edəcəyəm və biz bir daha digər məsələlər barədə də konkret danışıqlar aparacağıq. Mən ümidvaram ki, biz tez-tez görüşəcək və xalqlarımızın mədəniyyətinin inkişafına töhfələr verəcəyik”.
Günay




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info