“Türkiyə ilə İKRR arasındakı əlaqələrin zamanla düzələcəyinə inanıram”
Tarix: 09.10.2017 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


“İraq Kürdüstan Regional Rəhbərliyinin (İKRR) karbohidrogen resurslarından gəlir əldə etməsi üçün yeganə yol Türkiyədir”.
“Anadolu” Agentliyinə istinadla xəbər verir ki, bu barədə “Turcas Petrol” şirkətinin idarə heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
“Mən Türkiyə ilə İKRR arasındakı əlaqələrin zamanla düzələcəyinə və Türkiyə üzərindən Kərkükdəki enerji qaynaqlarının ixracına davam ediləcəyinə inanıram. Bu, olmaq məcburiyyətindədir”.
İKRR-dəki neft qaynaqlarının beynəlxalq bazara təsirinin çox zəif olduğuna diqqəti çəkən M.Brayza bildirib: “Türkiyə İKRR arasındakı proseslərin baş verdiyi dövrdə neftin qiymətində çox az bahalaşma oldu. Dünyada gündəlik təxminən 100 milyon barrel neft istehlak edilir. İraqın şimalından ixrac edilən neft isə bu həcmin 1 faizinə bərabərdir. Lakin bu qaynaqların Türkiyə üzərindən beynəlxalq bazara ixracı Türkiyə, İKRR və İraq hökuməti arasında uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi üçün şərait yaradır”.
Qeyd edək ki, dünya neft ehtiyatlarının təxminən 3 faizi İraq Kürdüstan Regional Rəhbərliyinin ərazisində cəmləşib. Hazırda bu bölgədən gündəlik 600 min barrel neft hasil edilir. İKRR-nin təsdiq olunmuş neft ehtiyatları isə 50 milyard barrelə çatır. Bu da İraqın ümumi neft ehtiyatlarının təxminən üçdəbiri deməkdir. Bu regiondakı yataqlardan hasil edilən neft Kərkük-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına nəql olunur və buradan da dünya bazarına ixrac edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info