“Dünya və Qarabağ həqiqətləri” ictimai birliyi ilk layihəsinin təqdimatını keçirib
Tarix: 09.10.2017 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Bu gün "Dünya və Azərbaycan həqiqətləri" ictimai birliyi tərəfindən çəkilən müğənni, keçmiş döyüşçü Rəhim Quliyevin döyüş yolundan bəhs edən filmin təqdimatı keçirildi. Tədbirdə müharibə veteranları, KİV və QHT nümayəndələri iştirak edirdilər. Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhu bir dəqiqəlik sükutla anıldı.
Bakı QHT Resurs və Təlim mərkəzində keçirilən təqdimat mərasimini “Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi”nin Binəqədi şöbəsinin sədri Ayna Novruzova açaraq qonaqları salamladı.
Ayna Novruzova 1992-ci ildə baş vermiş Xocalı qətliamı zamanı əsir düşən musiqiçi, “Dünya və Qarabağ həqiqətləri” ictimai birliyinin sədri Valeh Hüseynovun həyat yolu haqqında məlumat verdi.
“Dünya və Qarabağ həqiqətləri” ictimai birliyinin sədri Valeh Hüseynov rəhbəri olduğu təşkilatın məqsəd və məramından danışdı. O, çıxışında Rəhim Quliyevin məlahətli səsə sahib olduğunu və Qarabağ uğrunda gedən döyüşlərdə ifa etdiyi mahnılarla döyüş yoldaşlarına mənəvi güc verdiyini bildirdi: “İctimai birliyin təşkil etdiyi ilk verilişin Rəhman Quliyevə həsr edilməsi təsadüfi deyildir. Rəhim həm özü döyüşür, həm də ifa etdiyi mahnılarla əsgərləri döyüşə ruhlandırırdı. Həmin vaxtlar Aztv-də efirə gedən "Durna teli" proqramı üçün Sərsəng su anbarının üstündə heç bir musiqi aləti müşayiət etmədən gur səslə oxuduğu "Azərbaycan" mahnısı bütün döyüş yoldaşlarının əbədi yaddaşına həkk olunmuş və əziz xatirəsinə çevrilmişdir”.
Sonra "Dünya və Azərbaycan həqiqətləri" ictimai birliyi tərəfindən Rəhim Quliyev haqqında çəkilən film nümayiş olundu.
Daha sonra döyüş yoldaşları Rəhim Quliyevin müğənniliklə yanaşı, düşmənlərlə layiqli mübarizə apardığını vurğuladılar. Düşmənlərə qarşı igidliklə mübarizə aparan döyüşçülər hər zaman döyüş meydanlarına atılmağa hazır olduqlarını bildirdilər.
Rəhim Quliyev ona göstərilən diqqətə görə, “Dünya və Qarabağ həqiqətləri” ictimai birliyinin kollektivinə minnətdarlıq etdi. O, I Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatıldığını və ön cəbhələrdə döyüşdüyünü bildirdi. Rəhim Quliyev səsinin oxşarlığına görə özünü korifey sənətkar Rəşid Behbudovun davamçısı saydığını qeyd etdi.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info