Nəsimi rayon gəncləri təntənəli şəkildə hərbi xidmətə yola salındılar
Tarix: 09.10.2017 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sərəncamına əsasən, respublikamızın hər yerində olduğu kimi, Nəsimi rayonunda da gənclərin həqiqi hərbi xidmətə cağırış kompaniyasına start verilib. Bu yöndə rayonda müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də oktyabr ayının 9-da rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, hərbi xidmətə yola salınan gənclərin və onların valideynlərinin iştiraki ilə, “Şərq sarayı” restoranında keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, sonra isə marş sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı zala gətirildi. 8 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları “ And içirik” adlı ədəbi-bədii kompazisiyanın nümayişindən sonra hərbi xidmətə yola salınan gənclər Azərbaycan bayrağını öpərək müqqədəs Quranın altınan keçiblər.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağıriş üzrə Dövlət Xidməti Nəsimi rayon idarəsinin rəisi, polkovnik Eldəniz Əliyev çıxış edərək
bildirib ki, Prezidentin “ Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci ilin oktyabr ayının 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdən, hərbi qulluqçuların ehtiyata buraxılması ” haqqında 05 sentyabr 2017-ci il tarixli, 3209 saylı Sərəncamına və “Azərbaycan Respublikasında Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında Azərbaycan Respublikası Qanununa əsasən ” Nəsimi rayonunda gənclərin həqiqi hərbi xidmətə çağırışına başlanılıb. Eldəniz Əliyev cıxış edərək Azərbaycan Silahlı Quvvələrinin keçdiyi tarixi yoldan, müasir, müstəqil ölkəmizdə Silahlı Quvvələrin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Quvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərindən danışıb. Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış edərək hərbi xidmətə yola salınan gənclərə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bidirib ki, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Müasir dünyamızda baş verənlər təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Bir həqiqət var ki, bütün diplomatik danışıqların arxasında güclü ordu dayanır. Odur ki, Ümummilli Liderimiz Heydər Əliyev güclü ordunun yaradılmasını dövlətin başlıca vəzifələrindən biri hesab edərək bu sahəni xüsusi nəzarətə götürmüş və qısa müddət ərzində çox böyük işlərin görülməsinə nail olmuşdur.
Bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu davam etdirərək hərbi sahəni daim diqqət mərkəzində saxlayır. Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin gündəlik diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilmişdir. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Ən müasir hərbi texnika, silah – sursatla təchiz olunmuş Azərbaycan Milli Ordusu istənilən anda Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir və bunu 02 aprel 2016-cı ildə keçirilən hərbi əməliyyatlar zamanı bir daha sübut etmişdir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışına davam edərək bildirdi ki, bu gün orduda maddi texniki təchizatla yanaşı əsgərlərimizin döyüş ruhu və nizam – intizam olduqca yüksək səviyyədədir. Tarixi həqiqətdir ki, Dövlət – Xalq – Ordu birliyi əsgər və zabitlərin döyüş ruhunu artırır. Nəsimi rayon İcra Hakimiyyətində Milli Ordumuza qayğı daim diqqət mərkəzində saxlanılır. Tez – tez İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimayyətinin nümayəndələri cəbhə bölgələrində olaraq əsgərlərimizlə görüşlər keçirirlər. Çıxışının sonunda natiq hərbi xidmətə yola salınan gənclərə vətənimizi şərəflə qorumağı arzulamışdır.
Tədbirin sonunda hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında mahnılar səslənib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info