Gürcüstanda Aİ ölkələrinə vizasız səfərlə bağlı məlumat kampaniyası başlayıb
Tarix: 09.10.2017 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Tbilisidə Gürcüstanla Avropa İttifaqı arasında vizasız rejimi təbliğ edəcək “Avropa-ev” məlumat kampaniyasının təqdimatı olub. Təqdimat mərasimində çıxış edən Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze kampaniyanın çox əhəmiyyətli olduğunu deyib. “Biz Avropa İttifaqı ilə vizasız rejimin qaydaları ilə bağlı təbliğatı davam etdiririk. Vətəndaş cəmiyyətinin dəstəyi olmadan bu cür kampaniyaların həyata keçirilməsi çətin olardı”, - deyə o söyləyib. Gürcüstanın müxtəlif bölgələrində, o cümlədən milli azlıqların məskunlaşdığı rayon və kəndlərdə aparılacaq məlumat kampaniyası çərçivəsində təlimçilər sakinləri Aİ ilə vizasız rejim prosedurları və şərtləri barədə məlumatlandıracaqlar. Kampaniya çərçivəsində Azərbaycan və erməni dillərində hazırlanmış məlumat broşurlar paylanılacaq. Gürcüstanla Aİ arasında vizasız rejim bu ilin martın 28-də qüvvəyə minib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info