UNEC-lə Bakı Yunus Əmrə İnstitutu arasında protokol imzalanıb
Tarix: 09.10.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Bakı Yunus Əmrə İnstitutunun nümayəndə heyəti UNEC-də olub. UNEC-in rektoru, professor Ədalət Muradov Türkiyə ali təhsil müəssisələri ilə əlaqələrin UNEC üçün əhəmiyyətini bildirərək, əməkdaşlıq çərçivəsində imzalanan ikitərəfli razılaşmalar, ikili diplom proqramları, 50-yə yaxın universitetlə reallaşdırılan Mövlanə Proqramından söz açıb. O, bu əməkdaşlığın UNEC-də türk dilində tədrisin aparılmasına böyük imkanlar yaratdığını diqqətə çatdırıb. Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-in Türkiyə ali təhsil müəssisələri ilə əlaqələrinin ən üst səviyyədə qurulmasını yüksək qiymətləndirib. Görüşdə UNEC-lə Bakı Yunus Əmrə İnstitutu arasında türk dilində tədrisin inkişaf etdirilməsinə dair protokol imzalanıb. Sənədə əsasən, UNEC-də türk dilinin tədrisində Avropa Dil Portfeli və beynəlxalq dil tədrisi standartlarına görə hazırladığı “Yunus Əmrə İnstitutu Modeli”nin tətbiqi nəzərdə tutulur. Eyni zamanda UNEC-lə Bakı Yunus Əmrə İnstitutu türk dilinin tədrisi sahəsində ortaq elmi araşdırmaları davam etdirəcəklər.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info