“Kənd təsərrüfatında çox böyük inkişaf var”
Tarix: 09.10.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


“Bu il 150 min hektar torpağa suyun verilməsi nəzərdə tutulub. Gələn il 100 min hektara su verilməlidir ki, bu da kənd təsərrüfatının inkişafını təmin edəcək”

Ölkədə bütün sahələrdə dinamik inkişaf təmin edilir. Bu gün iqtisadi göstəricilərimiz müsbətdir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı ölkə başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirib.
Qeyd edib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib. “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük” deyən dövlət başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu bildirib: “Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir”. Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışan ölkə başçısı qeyd edib ki, gələn il daha çox kənd yolu inşa ediləcək. Bundan əlavə, bu il 150 min hektar torpağa suyun verilməsi nəzərdə tutulub. Gələn il 100 min hektara su verilməlidir ki, bu da kənd təsərrüfatının inkişafını təmin edəcək. Prezident fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi istiqamətində də mühüm addımların atıldığını, bölgələrdə logistik mərkəzlərin tikildiyini, hazırda 400 hektardan çox sahədə yeni müasir istixana komplekslərinin salındığını bildirib. Azərbaycanda ictimai-siyasi vəziyyətin və iqtisadi inkişafın bir çox ölkələr üçün nümunə olduğunu deyən dövlət başçısı bu ilin sonunadək və gələcək illərdə də ölkəmizin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

FAO:
“Kənd təsərrüfatında baş verən dəyişikliklər 1990-cı ildən etibarən yüz minlərlə insanın kənd yerlərində yoxsulluqdan xilas olmasına kömək edib”
Bu gün Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı hesabata görə, inkişaf etməkdə olan ölkələrdə növbəti illərdə işçi qüvvəsi sırasına daxil olmağa hazır olan milyonlarla gənc kənd yerlərini tərk etməməlidir.
“Ərzaq və Kənd Təsərrüfatının Vəziyyəti- 2017” hesabatına görə, kənd yerləri qida istehsalında sabit iqtisadi artım potensialı təklif edir. Dünyada yoxsul insanların əksəriyyəti bu bölgələrdə yaşayır və 2030-cu ildəki inkişaf gündəminin müvəffəqiyyəti bu potensialın ortaya çıxmasından asılıdır. Kənd təsərrüfatında aşağı məhsuldarlıq, bir çox yerlərdə məhdud sənayeləşmə, əhalinin sürətli artımı və şəhərləşmə kimi çox çətin bir işin həlli vacibdir. Bunların hamısı inkişaf etməkdə olan ölkələrin əhalini ərzaqla və məşğulluğunu təmin etməsi üçün böyük çətinliklər yaradır. Kənd təsərrüfatında dəyişikliklərin ciddi nəticələrə gətirə biləcəyinə dair çox sübutlar var. Hesabatda bildirilir ki, kənd təsərrüfatında baş verən dəyişikliklər 1990-cı ildən etibarən yüz minlərlə insanın kənd yerlərində yoxsulluqdan xilas olmasına kömək edib. Lakin irəliləyiş qeyri-müntəzəmdir və demoqrafik artım işi bir qədər mürəkkəbləşdirir. 2015-2030-cu illər arasında 15-24 yaş arasındakı insanların təxminən 100 milyon nəfər artaraq 1,3 milyarda çatacağı gözlənilir.
Ən diqqətçəkən hal isə odur ki, Cənubi Asiya və Afrikanın bir çox ölkəsi başda olmaqla inkişaf etməkdə olan ölkələrin əksəriyyətində, sənaye və xidmət sahələrində inkişaf geri qalmış vəziyyətdədir. Hesabatda göstərilir ki, ərzaq sistemləri inşa etmək, xüsusilə kiçik və orta miqyaslı şəhərlər kimi şəhərdən uzaq sahələrlə bağlı əkinçilik sənayelərini dəstəkləmək üçün bu bölgələrə siyasi dəstək və investisiya strateji bir həmlə ola bilər. Bu cür cəhdin şəhərdən uzaq ərazilərdə məşğulluq yaradacağı, daha çox insanın həmin yerlərdə qalmasını təmin edəcəyi və insanların inkişafına yardım edəcəyi göstərilir.
Bu cür uzaq yerlərdə reallaşan iqtisadiyyatlar insanların yer dəyişdirməsinə gətirib çıxaran bütün təzyiqləri həll etməsə də, ehtiyac duyulan işlərin çoxunun həllinə imkan yaradacaq və köçü zərurət olmaqdan çıxaracaq. FAO-nun icraçı direktoru Jose Graziano da Silva bildirib ki, kiçik şəhərlərin və qəsəbələrin regional şəbəkələri şəhərdənkənar ərazilərdə yaşayan insanlar üçün istinad nöqtəsidir.
FAO-nun yetkilisinin sözlərinə görə, siyasətçilər kiçik şəhərlərin və qəsəbələrin uzaq ərazilərlə şəhər əlaqəsinə vasitəçilik etmək və əkinçilərə məhsullarını satışa çıxarmaq və iqtisadi inkişafın faydalarından pay almaları üçün daha çox imkanlar təmin etməkdə müsbət rol oynayırlar.

Kreditə çıxış imkanları yaxşılaşdırılmalıdır
Ərzaq və kənd təsərrüfatının vəziyyəti ilə bağlı şəhərətrafı iqtisadiyyatlarda ehtiyac olan dəyişiklik, qida üçün tələbatın artması, ərzaq sistemlərini diversifikasiya etmək və kənd təsərrüfatı ilə bağlı olmayan fəaliyyətlərdə yeni iqtisadi imkanlar yaratmaq üçün səfərbər edilə bilər. Bu, ərzaq, qablaşdırma, daşıma və saxlama, marketinq və satış müəssisələri, həmçinin toxumların, alətlərin və gübrələrin, suvarma və ya digər xidmətlərin istehsalını təmin edən müəssisələri əhatə edir.
Hesabatda qeyd olunur ki, şəhərlərdə ərzaq bazarlarının artan tələbatı hazırda milli ərzaqla təminatın 70 faizini təşkil edir.
Araşdırmalar bu sahədə üç istiqamət planını ortaya qoyur. Birincisi, kiçikhəcmli istehsalçıların ərzaq tələbatının ödənilməsində tam iştirakını təmin etmək üçün torpaqdan istifadə hüquqlarını gücləndirmək, satınalma müqavilələrində bərabərliyi təmin etmək və ya kreditə çıxış imkanlarını yaxşılaşdırmaq kimi tədbirlər görülməlidir.
İkincisi, bir çox inkişaf etməkdə olan ölkələrdə kənd yolları, elektrik ötürücü şəbəkələri, saxlama anbarlarının olması və soyuq nəqliyyat sistemlərinin çatışmazlığı, şəhərlərdəki təzə tərəvəz, meyvə, ət və süd məhsullarına tələb fermerlərin üstünlüyünə böyük bir maneə yaradır. Üçüncüsü kiçik şəhər mərkəzlərinin ərzaq bazarları kimi diqqətdən kənarda qalmasıdır. İnkişaf etməkdə olan ölkələrdə, şəhər əhalisinin yarısı 500 mindən aşağı əhalisi olan şəhər və qəsəbələrdə yaşayır.
Beləliklə, Şərqi və Cənubi Afrikada ərzaq alan şəhərli istehlakçıların 2040-cı ildə 67 faizə yüksəlməsi gözlənilir. Afrikadakı bir çox ölkənin şəhərətrafı ərzaq bazarının dəyəri 2010-2030-cu illər arasında 4 dəfə artaraq 313 milyard dollardan 1 trilyon dollara çatacaq. 2030-cu ildə az inkişaf etmiş ölkələrdə şəhərdən kənarda yaşayan əhalinin sayı 4 milyard olacaq. Bu şəhər sakinlərinin 80 faizi Afrika, Asiya və Latın Amerikasında yaşayacaq. Qlobal miqyasda kiçik şəhərətrafı sahələr hazırda şəhərətrafı ərzaq tələbinin təxminən 60 faizini təşkil edir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info