ABŞ ilə Türkiyə arasındakı viza böhranı diplomatik yollarla müzakirə olunur
Tarix: 10.10.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun daha bir əməkdaşı barədə həbs qərarı verilib. “Milliyet” qəzetinin məlumatına görə, haqqında həbs qərarı verilən baş konsulluq əməkdaşının həyat yoldaşı və övladının ifadəsi alınır. Həmin şəxs hazırda baş konsulluqdadır, binanı tərk etmir. Bu arada Türkiyə ədliyyə nazirinin ABŞ-ın Türkiyədəki səfirliyinin görüş təklifini qəbul etmədiyi də bildirilir. Qeyd edək ki, ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. Amerika Birləşmiş Ştatlarının Ankaradakı səfirliyinin müşaviri Filip Kosnet Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. ABŞ-ın Türkiyədəki səfiri Con Bass hazırda Ankaradan kənardadır. Odur ki, Türkiyə tərəfi yaranmış viza böhranı ilə əlaqədar hökumətin mövqeyini müşavir Filip Kosnetə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info